2009-cu il tarixində təsis edilmiş “Vita Farma TN” MMC, Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. “Vita Farma TN” MMC ölkəmizə ən keyfiyyətli tibbi avadanlıqlar, alətlər və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş tibbi ləvazimatların gətirilməsini təşkil edir. Bununla yanaşı, yeni açılan xəstəxana və ya klinikaların tibbi avadanlıqlarla tam təçhizatını həyata keçirir. Yaxın zamanlarda tibbi avadanliqlarla yanaşı dərman preparatlarının da idxalı nəzərdə tutulur.
Xidmətlərimizdən hər kəsin yararlana bilməsi üçün xalqımıza ən münasib qiymətləri təklif edir.Düşünürük ki, “Vita Farma TN” MMC tərəfindən təmin edilən xəstəxana və klinikalar müasir avadanlıqlardan istifadə edərək xalqımıza daha yaxşı tibbi xidmət göstərə biləcək. Bu bir həqiqətdir ki, insan sağlamlığına xidmət göstərən tibb sahəsində keyfiyyət mütləqdir. Biz də bu keyfiyyəti qorumaq məqsədi ilə üzərimizə düşən vəzifənin öhtəsindən layiqincə gəlməyə çalışırıq.
Məqsədimiz Azərbaycana ən yüksək keyfiyyətli tibbi məhsulların gətirilməsidir. Bununla yanaşı, Azərbaycanda müasir tibbi texnologiyanın daha geniş tətbiqi üçün “Vita Farma TN” MMC müxtəlif marketinq araşdırmaları həyata keçirir. Səriştəli və savadlı işçi heyətinə malik olan “Vita Farma TN” şirkəti xalqımızın sağlamlığının keşiyində daim durmağı özünə bir borc bilir. Bu səbəbdən, “Vita Farma TN” MMC şirkəti tibbi avadanlıqlar, alətlər və cihazları istehsal edən dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir. Sağlamlıq ən dəyərli nemətdir, sağlamlığımızın dəyərini bilək və sağlamlığımızı ancaq və ancaq peşəkarlara etibar edək. “Vita Farma TN” MMC bu məsuliyyəti lazımınca dərk edir və gələcək nəsilərimizin sağlam böyüməsində mühüm rol oynayır.