Vision Təhsil Mərkəzi xəritədə

Vision Təhsil Mərkəzi

Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 106/29 AZ1010 *** 2 səs

Vision Təhsil Mərkəzi haqqında

Vision Təhsil Mərkəzi 2009-cu ildən bəri fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən bəri öz məqsədinə sadiq qalaraq elm və bilik öyrənmək istəyənlərin əsas seçimlərindən biridir. Vision Təhsil Mərkəzinin əsas hədəflərindən biri də ölkəmizin təhsil sisteminin inkişafına dəstək vermək, bu sahədə yeniliklər yaratmaqdır. Bundan başqa dünya praktikasını ölkəmizə gətirməklə müxtəlif sahələrdə professional kadrların yetişməsinə xidmət etməkdir. Vision Təhsil Mərkəzi ilk dəfə olaraq dövlət qulluğuna qəbul, yerli və xarici neft şirkətlərinə işə qəbul imtahanlarına hazırlığı təşkil etmişdir.

Vision Təhsil və Məsləhət Mərkəzi haqqında

Bu kurslar üzrə hazırlıq hazırda da uğurla davam edir. Bu gün biz istər neft şirkətlərində, istərsə də dövlət müəssisələrində çalışan məzunlarımızın uğurlarıyla qürur duyuruq. Vision Təhsil Mərkəzi hazırlıq keçdiyi bütün kurslarda hər zaman öz fərqli metodlarından istifadə edərək dinləyicilərinin istək və tələblərinə uyğun təhsil vermişdir. Həmçinin bunu da qeyd edək ki, Vision Təhsil Mərkəzi Azərbaycanda ilk dəfə olaraq Primavera 6 planlama və Rhinoceros 3D dizayn kurslarını təşkil etmişdir. Hazırda Vision Təhsil mərkəzinin Bakı şəhərində iki filialı fəaliyyət göstərir. Yeni bir dil öyrənmək, karyerasında irəliləmək, dövlət müəssisələrində çalışmaq, bir sözlə, öz gələcəyini qurmaq istəyən hər kəsi Vision Təhsil Mərkəzində gözləyirik. Vision Təhsil Mərkəzinin rəhbərlik və kollektivi