Vision International People Group xəritədə

Vision International People Group

Bakı, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 57/59 AZ1000 *** 2 səs

Vision International People Group haqqında

«Vision International People Group» şirkəti - bu gün dünya bazarında sağlamlıq və uzunömürlülük üçün məhsul təqdim edən ən nəhəng şirkətlərdən biridir. «Biz sağlam biznes qururuq» devizi Şirkətin missiyasıdır. Bu, etibarlı, uzunömürlü, gəlirli, insanın başlıca tələbatına əsaslanan - sağlam olmaq missiyasıdır. Şirkət təməli qoyulan vaxtdan, 1996-cı il iyulun 14-dən etibarən öz səylərini şəxsiyyət və bütövlükdə cəmiyyət üçün mütləq prioritet olaraq, yeni sağlamlıq mədəniyyətinin yaradılmasına yönəltməkdədir. Şirkətin çalışdığı əsas əmtəə istiqamətləri bu niyyətdən qaynaqlanır. Şirkətin və distribütorların fəaliyyəti - həyat keyfiyyətinin idarə olunmasına (Life Quality Management) dair xidmətlərin göstərilməsidir. Beləliklə, Şirkətin distribütorlarını Həyat Keyfiyyəti Menecerləri (Independent Life Quality Managers) adlandırmaq olar.

Vision International People Group şirkətinin əsas fəaliyyət istiqamətləri

  • Sağlamlıq resurslarının idarə olunması (Health Managment). Distribütorlar keyfiyyəti GMP beynəlxalq standartı ilə təsdiqlənmiş Vision məhsulundan istifadə etməklə özlərinin və öz müştərilərinin sağlamlıq resurslarını xeyli artırırlar.
  • Şəxsi biznesin idarə edilməsi (Bussiness Managment). Distribütorlar minimal sərmayədən istifadə etməklə öz şəxsi bizneslərini qururlar. Gəlirin təməli dünya MLM industriyasında ən səmərəli markeitnq planlardan sayılan Şirkətin marketinq planında qoyulub. Bu plan üçün sizin təhsilinizin, cinsinizin və yaşınızın əhəmiyyəti yoxdur. Hər kəs uğur qazana bilər.

Vision şirkəti hər kəsə həyat keyiyyətini xeyli yaxşılaşdırmaq imkanı verir. Səyahətlər, tədris, maraqlı adamlarla ünsiyyət, mənsəb yüksəlişi və tanınmaq - dünyanın müxtəlif ölkələrindən minlərlə insanı birləşdirən dəyərlərdir.