Vibrostone unikal texnologiya və avtomatlaşdırılmış avadanlıqlar sayəsində öz müştərilərinə yüksək keyfiyyətli, Avropa standartlarına uyğun, müasir və estetik tələblərə cavab verən səki döşəmə, yolkənarı və səkikənarı bardyur daşlarının müxtəlif forma və rəng çeşidlərini təklif edir. Şirkətimizin beton məmulatları istehsalı zavodu Almaniyanın “Hecc Mashinefabrik GmbH & Go” maşınqayırma şirkətinin müştərək ideyası və layihəsi əsasında 2015-ci ilin may ayında təhvil verilərək, istehsala başlamışdır.
“HESS” firması 60 ildən çox müddət ərzində üzlük daşlar, tavan daşları, fiqurlu daşlar, yol və tratuar bordyurları, kabel tabaqları istehsalı üzrə avadanlıqlar sahəsində ixtisaslaşmışdır. Ən yeni texnologoyaların tətbiqi ilə daim təkmilləşdirilən avadanlıqlarının keyfiyyəti, etibarlılığı sayəsində HESS firması beton avadanlıqlarının istehsalı üzrə dünyanın aparıcı şirkətinə çevrilmişdir.