Viabizzuno Baku xəritədə

Viabizzuno Baku

Bakı, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 AZ1033 *** 0 səs

Viabizzuno Baku haqqında

İtaliyanın məşhur Viabizzuno işıq sistemləri və avadanlıqları şirkətinin Bakı Showroom-u 6 fevral 2014 tarixindən etibarən fəaliyyətə başlamışdır. Fəzanın işıqlandırılmasında özünəməxsus fəlsəfəsi və konsepsiyası ilə seçilən Viabizzuno For M və Alvaline kolleksiyaları, eləcə də UpO – kölgənin layihələndirilməsi kolleksiyası ilə memar və dizaynerlərin, ölkə vətəndaşlarının xidmətindədir.Viabizzunonun Bakıdakı laboratoriyası yaşayış və ictimai binaların, incəsənət mərkəzləri - muzey, salon, tarixi bina, otel, restoran, ofis, butik və mağazaların daxili və xarici mühitlərinin, fasad və parkların effektiv və fərqli işıqlandırılmasını təmin edir.Şourumda çalışan memarlarımız sizin axtardığınız, istədiyiniz, layihədə nəzərdə tutduğunuz işıq effektlərinin əldə edilməsində öz məsləhətləri ilə hər zaman sizinlə birgə çalışmağa hazırdırlar.Həftənin 6 günü açıq olmaqla yanaşı, şənbə günü memar və dizaynerlər üçün ayrıca tanışlıq və məsləhət saatları təşkil edilir (saat 11 00-14 00). Bu saatlarda ziyarətçilərimiz rahat şəraitdə Viabizzuno'nun istədikləri məhsulu barədə daha ətraflı məlumat əldə edə biləcəklər.