Vertebra xəritədə

Vertebra

Bakı, Binəqədi rayonu, Dadaşov İbrahim Paşa küçəsi, 71 C AZ1000 *** 2 səs

Vertebra haqqında

"Vertebra" onurğa mərkəzi sırf onurğa xəstıliklərinin müalicəsi və bərpası ilə məşğul olan klinikadır. Klinikamız müasir və ən son avadanlıqlarla təchiz olunmuşdur. Müalicə işində son üsullardan istifadə olunur. Klinikamız bütün onurğa xəstəliklərinin müalicəsini karsetsiz,əməliyyatsız,dərmansız həyata keçirir.

Vertebra klinikasının fəaliyəti

“Vertebra” sözü onurğa deməkdir. Bizim “VERTEBRA” Tibb Mərkəzi də onurğa sütunu problemləri, o cümlədən skoliozlar, kifozlar, osteoxondrozlar, osteoparozlar, fəqərəarası disk yırtıqları və digər oxşar xəstəliklərinən müasir ixtisaslı müayinəsi və müalicəsi ilə məşğul olan tibb mərkəzidir. Klinikanın rəhbəri kimi deyə bilərəm ki, “Vertebra” TM bütün zəruri müasir avadanlıqlarla təmin olunmuşdur. Dünyada məlum olan bütün mütərəqqi metodlardan, əldə edilmiş nailiyyətlərdən istifadə edərək onurğa sütunu xəstəliklərinin kompleks müalicəsini təmin etməyə çalışırıq. Klinikamızda onurğa fəqərəarası disk yırtıqlarının əməliyyatsız müalicəsində əhəmiyyətli dünya nailiyyətlərini tətbiq edirik. Həkimlərimiz ölkəmizdə və xaricdə keçirilən kurs simpozium və konfranslarda iştrak edir. Klinikamızın xaricdə olan konsultant həkimləri ilə daim əlaqə saxlayıb xəstələrimizin müalicəsində onların fikrinə üstünlük veririk.

Vertebra klinikasında göstərilən xidmətlər

  • Osteoxondroz, fəqərəarası disk yırtıqları protruziyaların dərmansız, əməliyyatsız müalicəsi
  • Onurğa əyilmələrinin skolioz və kifozların karsetsiz əməliyyatsız profilaktikasi və müalicəsi
  • Osteopeniya və osteoporozların profilaktikası və müalicəsi
  • Travmadan sonra reablitasiya
  • Sinir xəstəliklərindən sonra reablitasiya
  • Bexteryev, Şeyerman-Mau xəstəliklərinin reablitasiyası
  • Daban şporlarının müalicəsi
  • İmmun sistemin möhkəmləndirilməsi
  • İllər yorğunluğunun sindiromunun aradan qaldırılması və.s bu kimi onurğa xəstəlikləri müalicə olunur.