Məşhur avropa brendi "Vero Moda" yüksək keyfiyyətli geyim istehsalı üzrə ixtisaslaşıb. 1987-ci ildə Danimarkanın iri şirkətlərindən biri "Bestseller AS" qadınlar üçün geyim kolleksiyası yaratdı və onu "Vero Moda" olaraq adlandırdı. Bununla da bu ticarət markasının tarixi başladı. Brend dünya bazarında mövqeyini möhkəmləndirməsinə və müştərilərin etimadını qazanmasına baxmayaraq, o hələ də inkişafı üzərində çalışır. "Vero Moda" özünü gənc, özünə güvənən, fərdiliyini vurğulamaq istəyən xanımlar üçün geyimlər təqdim edir. Brendin geyimləri dəbin və müştərilərin tələblərinə müvafiq genişlənir. "Vero Moda" məhsullarının satışı dünyanın onlarla ölkəsindəki 700-dən çox eyniadlı mağazalar şəbəkəsində həyata keçirilir. Demək olar ki, hər gün lazımi mallarla yenilənməsinə baxmayaraq mağazalarda kolleksiya ildə 8 dəfə dəyişir.