VEKTOR» Beynəlxalq Elm Mərkəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 10 iyun 1994-cü ildə (Şəhadətnamə № 11071) Dövlət qeydiyyatına alınıb. Mərkəzin nəzdində «VEKTOR» Beynəlxalq Elmlər Akademiyası, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası, Şahmar Əkbərzadə adına Beynəlxalq Mədəni Əlaqələr Vəqfi, «VEKTOR» Nəşrlər Evi, «BAYATI» Beynəlxalq sənət dərgisi, «VEKTOR» Beynəlxalq elm dərgisi və digər qurumlar fəaliyyət göstərir. Yarandığı gündən indiyədək «VEKTOR» dünyanın 30-dan çox ölkəsi ilə elmi, ədəbi və mədəni əməkdaşlığa nail olmuş və həmin ölkələrin əksər Ali məktəbləri, Elmi-tədqiqat institutları, Universitetləri, Akademiyaları, Bioqrafiya mərkəzləri, Vəqfləri və digər qurumları ilə qarşılıqlı əlaqələr yaratmış və bu əlaqələrin daha da genişləndirilməsi Mərkəzin ən ümdə vəzifələrindən biridir.