2012- ci ildə Bakıda iş geyimləri tikilişi üzrə fəaliyyət göstərən fabrikin əsasında yeni bir bölmə açıldı. Bölmənin istiqaməti isə dəb idi. Beləliklə də “lüks” sinif üzrə qadın geyimləri milli markası – VNine yarandı. Bu gün, VNine ekslüziv ziyafət geyimlərini, gündəlik libasları, qadın ayaqqabılarını və aksesuarları təqdim edir. VNine orijinallıq, keyfiyyət və ekslüzivliyinə görə qiymətləndirilir. Qısa müddət ərzində VNine kifayət qədər daimi müştəri toplaya bildi.
Bu isə yaradıcılıqda daha da inkişaf etməyə və növbəti kolleksiyaları dəb pərəstişkarlarına təqdim etməyə imkan verdi. Azərbaycanın zəngin mənəvi irsi yeni fikir və ideyaların həyata keçməsi üçün yaradıcılığa geniş şərait yaradır. 2014- cü ilin yazında Bakıda baş tutan beynəlxalq dəb nümayişi zamanı VNine “Milli geyim” nominasiyasında birinci yerə layiq görüldü. Nominasiyada təqdim olunan kolleksiya Azərbaycan xanlıqlar dövrününü geyimlərinə xas olan parlaq şərq çalarları ilə zəngindir.