Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (ing.United Nations High Commissioner for Refugees, UNHCR) — 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır.
Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat 1954 və 1981-ci illərdə Nobel Sülh Mükafatına layiq görülmüşdür.