BMTİP-in Azərbaycan Nümayəndəliyi 20 ildən çoxdur ki, ölkədə fəaliyyət göstərir. Proqram ölkədə öz nümayəndəliyini 1992-ci ilin payızında Azərbaycanın müstəqillik qazanaraq Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün ardınca açmışdır.BMT-nin İnkişaf Proqramının Azərbaycandakı fəaliyyətinin ilk illərində Dağlıq Qarabağ münaqişəsinə məruz qalmış əhaliyə yardımını nəzərdə tutan erkən bərpa proqramlarının həyata keçirilməsilə ilə başlamışdır. Zaman keçdikcə, BMTİP-in Azərbaycandakı rolu ölkənin artan ehtiyaclarına uyğun uzun müddətli sosial-iqtisadi inkişafa yönəldi.İnkişaf Proqramı neft sərvətlərindən yaranan “qara qızılın” səmərəli istifadəsi, “insan qızılının” inkişaf etdirilməsi, insanların seçiminin genişləndirilməsi və qeyri-bərabərliyin azaldılması üçün Azərbaycana dünyanın ən qabaqcıl inkişaf modellərini tövsiyyə edir.
BMT-nin İnkişaf Proqramı Azərbaycan Hökumətini hökumət və dayanıqlı inkişaf sahələrində dəstəkləyir və gənclərin iştirakı və qadınların hüququ məsələlərində aktiv iştirak edir.BMTİP-in Azərbaycandakı E-Hökumət proqramı ictimai sektor islahatlarında İKT-nin istifadə olunmasına dəyərli sübutdur. E-Hökumət Proqramı vətəndaş xidmətləri islahatı, gömrüyün modernizasiyası, pensiya islahatı və əhali qeydiyyatının inkişaf etdrilməsi kimi sahələri əhatə edir. Bu proqram biznes proseslərinin avtomatlaşdırılması, insan müdaxiləsinin aradan qaldırılması, gözləmə vaxtı və qiymətin azaldılması və məlumatların onlayn öyrənilməsi yolu ilə dövlət institutlarında səmərəlilik və şəffaflığa böyük töfhələrini verməkdədir.
Son illərdə BMTİP dayanıqlı enerji və ətraf mühit sahələrində də aktivlik nümayiş etdirir. BMT-nin İnkişaf Proqramı bərk tullantıların idarəçiliyi, dayanıqlı enerji, ekoloji qiymətləndirmə və iqlim dəyişikliyi sahələrində layihələr həyata keçirir.Böhranların qarşısının alınması və bərpa sahəsində BMT-nin İnkişaf Proqramının torpaqlardan minaları təmizləmə və insan həyatı və fəaliyyəti üçün təhlükəsiz şərait yaradan minatəmizləmə fəaliyyətində boyük təcrübəyə malikdir. İnkişaf Proqramı Azərbaycanın daşqın meylli ərazilərində iqlim dəyişikliyi risklərini aradan qaldırmaq üçün Hökumət ilə əməkdaşlıq edir.
BMTİP-in Azərbaycana yardımı fəaliyyəti sıralarında iqtisadi idarəçiliyin inkişaf etdirilməsi də vardır. BMT-nin İnkişaf Proqramı məşğulluq bacarıqlarının inkişaf etdirilməsi, dayanıqlı inkişafda özəl sektorun iştirakının dəstəklənməsii və ticarətin inkişafı üçün inteqrasiya olunmuş sərhəd idarəçiliyinin yaradılması naminə işaxtaranlara yardım edir.BMTIP Azərbaycan Hökuməti ilə 2011-2015-ci illəri əhatə edən Ölkə Proqramı əsasında yaxından əməkdaşlıq edir. Nazirlər Kabineti Hökumətlə Əlaqələndirmə Orqanı rolunu oynayır və nazirlikləri, dövlət komitələrini, elm mərkəzlərini və QHT-ləri proqram fəaliyyəti üçün Tərəfdaşlar kimi çıxış etmələrini nizamlayır.