BMT-nin Beynəlxalq Əmək Təşkilatı xəritədə

BMT-nin Beynəlxalq Əmək Təşkilatı

Bakı, Bayıl qəsəbəsi, BMT-nin 50 illiyi küçəsi, Səbail rayonu, 3 АZ1001 *** 2 səs

BMT-nin Beynəlxalq Əmək Təşkilatı haqqında

Beynəlxalq Əmək Təşkilatı - Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biridir.Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-ın nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər.Hazırda BƏT-in mənzil qərargahı Cenevrədə (İsveçrə) yerləşir.

Beynəlxalq Əmək Təşkilatının fəaliyyəti

BƏT sosial iqtisadi, insan və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilatdır. BƏT-in digər ixtisaslaşdırılmış təşkilatlardan əsas fərqi onda üçtərəfli təmsilçiliyin olmasıdır. Həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri BƏT-in bütün direktiv orqanlarında təmsil olunurlar və konvensiyaların, tövsiyələrin qəbul edilməsində iştirak edirlər. BƏT-in Ali orqanı ildə bir dəfə çağırılan Beynəlxalq Əmək Konfransıdır. Konfranslar arası dövrdə BƏT-in siyasətini həyata keçirən seçkili inzibati şuradır. BƏT-in daimi fəaliyyətində olan katibliyi Beynəlxalq Əmək Bürosudur. Başqa strukturlar, komitələr də fəaliyyət göstərir. BƏT-in Konfransı əmək sahəsinə dair beynəlxalq normativ sənədlərin qəbulu ilə bağlıdır. Bu sənədlər konvensiya və tövsiyələr şəklində olur. Konfrans həmçinin ölkələrin qoşulduğu konvensiyalara əməl etmələrinə nəzarət edir.Azərbaycan Respublikası 12 may 1992-ci ildə bu təşkilata üzv olmuş, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul etmişdir.