Ultra xəritədə

Ultra

Bakı, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 60 AZ1000 *** 2 səs

Ultra haqqında

Ultra Computers şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olmaqla yanaşı, Intel® korporasiyasının “Intel® Technology Provider Platinum 2011” statuslu distribütoru və avtorizə edilmiş Intel® məhsullarının səlahiyyət verilən anbarına malikdir.Ultra şirkəti Microsoft, İBM, HP, Cisco, Oracle, Canon, Sony, Toshiba, Tripp-Lite, Genius, Lynksys, Apacer və bir sıra beynəlxalq şirkətlərin Azərbaycanda rəsmi statuslu tərəfdaşıdır.ətraflı ››› Şirkətin işçi heyəti şirkətin inkşafı üçün güclü və effektiv çalışan 150 nəfərdən artıq bir qrupdan ibarətdir. Ultra şirkətinin bütün əməkdaşları daim öz bilik səviyyələrini artıran, yüksək texniki savada malik olan yerli və xarici vətəndaşlardan ibarət kollektivdir.

Ultra Computers İT şirkəti

Azərbaycanın və regionun aparıcı şirkətlərindən biri olan Ultra şirkətinin əsas fəaliiyət dairəsi interaktiv İT Həllər , proqramlaşdırma, İT məhsullarının istehsalı, idxalı və ixracı, dünyaca tanınmış İT korporasiyaların (İntel, Microsoft, HP, Cisco və s.) Azərbaycanda rəsmi təmsilçiliyi və bu məhsulların distribütorluğu daxildir. 11 ildən çoxdur ki uğurlu fəaliyyət göstərən şirkət daim yenilikçiliyi və inkişaf dinamikası ilə seçilməkdədir.

Ultra şirkəti hazırda E-Təhsil, E-Sənəd Dövriyyəsi, E-İmza, E-Səhiyyə və s. kimi qlobal əhəmiyyətli iri elektron layihələrinin yerinə yetirilməsini həyata keçirməkdədir. Şirkət milli istehsal brendi NEXUS noutbuk, kompüter, monitor, proyektor, LCD/LED tv istehsalı ilə fəaliyyətini genişləndirir və xarici ölkələrdə bu milli brendin geniş yayılması üçün aktiv iqtisadi siyasət aparmaqdadır.

  • Zəmanətli xidmət
  • Zəmanətdən sonrakı xidmət
  • Servis müşayiəti
  • Müqavilə əsasında xidmət
  • Server otağının yaradılması
  • Şəbəkənin yaradılması
  • Şəbəkənin xidməti
  • Konsultasiya
  • Məlumatların bərpası
  • Antivirus profilaktikası
  • Təhlükəsizlik və videomüşahidə sistemlərinin qurulması

Xidmət göstərən avadanlıqların növləri:

  • Serverlər
  • Ofis texnikası
  • Qidalanma mənbəyi
  • Periferik avadanlıq
  • Kompüter və noutbuklar
  • Monitorlar