Ulduz Şokolad və Karamel fabriki 2001-ci ildən etibarən fəaliyyət göstərir .Ulduz şokolad fabrikinin misiyyası və məqsədi Azərbaycanın uöurlu gələcəyinə və istehsalına təkan verməkdir. Azərbaycan bazarında özünəməxsus yeri olan "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin "Ulduz" fabriki öz keyfiyyətli, dadlı və zövqləri oxşayan şokoladları ilə sürətli addımlarla inkişaf edir. Yerli bazarla yanaşı "Ulduz" fabrikinin çeşidli şokoladları xarici bazarlarda da nüfuz qazanmaqdadır. Bunun nəticəsi olaraq Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Prodekspo-2009" sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti (onlar 60 faizindən çoxu Rusiya Şirkətləri idi) arasında "Ulduz" fabrikinin şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin Qızıl medalına layiq görülməsi, ümumilikdə Azərbaycan Respublikasının uğurudur və Azərbaycan iqtisadiyyatının inkişafına "Ulduz" fabrikinin töhfəsidir.
"Ulduz" fabrikinin rəhbərliyi fabrik yarandığı gündən qarşısına bir məqsəd qoyub. Ucuz və keyfiyyətli məhsul istehsal edərək Azərbaycan iqtisadiyyatında bu sahəni inkişaf etdirmək və beynəlxalq aləmdə Azərbaycan məhsulunu tanıtdıraraq sevdirmək. Ucuz və keyfiyyətli bu iki məfhum bir-birinə zidd olmağına baxmayaraq, lakin mümkündür. Dünya standartlarında da bu məfhumlara ciddi fikir verilir. "Ulduz" şokolad fabrikinin məhsullarında bu iki məfhum bir-biri ilə uzlaşmışdır. Fabrik rəhbərliyi qarşısında qoyduğu məqsəddə insanların ailə büdcələrinə qənaət etməklə keyfiyyətli məhsullarından istifadə etməklərinə şərait yaratmaq prinsipi durur.
Rəhbərliyin fabrik işçiləri qarşısında qoyduğu bu tələb fabrik işçilərinin öz işlərinə daha məsuliyyətli və ciddi yanaşmışlarına şərait yaratmışdır. Bu gün onun bariz nəticəsini Moskvada "Prodekspo-2009" sərgisinin qızıl medalını "Ulduz" fabriki qazanmaqla sübut etdi. Ancaq "Ulduz" fabrikinin Beynəlxalq aləmdə bu ilk uğurdur. "Ulduz" şokolad fabriki bu uğuru ilə kifayətlənməyərək məqsədinin həyata keçməsi üçün işlərini davam etdirəcək.Sərgi zamanı xarici ekspertlər, marketoloqlar və təchizatçılar "Ulduz" fabrikinin şokoladlarından razılıq edərək yüksək qiymətləndirmişlər. Bu göstərir ki, Azərbaycan məhsulların keyfiyyəti, tərkibi, qablaşdırması heç də dünya məhsullarından geri qalmır, hətta qızıl medala da sahib çıxa bilir. Bu şərəfli işin öhdəsindən "Ulduz" şokolad fabriki uğurla gəldi.
Bunun nəticəsi olaraq, "Ulduz" fabrikinin şokoladları Azərbaycan bazarında, MDB və Orta Asiya bazarlarında alıcılar tərəfindən sevilir. Ümid edirik ki, fabrikin bu uğuru dünya bazarında da nüfuz qazanmağımıza və süfrələri bəzəyən ən sevimli şokolad istehsalçısı olacağımıza bir vasitə olacaqdır."Ulduz" şokolad fabrikinin bu uğuru Azərbaycan Respublikasının, Azərbaycan xalqının və "Ulduz" fabrikinin kollektivinin uğurudur."ULDUZ" şokolad fabriki İSO 9001:2008 və HACCP beynəlxalq sertifikatlarına layiq görüldü.“Ulduz” Fabrikinin uğurları sırasına “İlin Xalq Markası”da qoşuldu
20 fevral 2010-cu il tarixində “Buta Palace” Sarayında “Azeri Business Award” Milli Mükafatının təqdim etmə mərasimi keçirildi. Mükafat müxtəlif sahələr üzrə 2009-cu il ərzində iqtisadi artım tempinə görə yüksək yerləri tutan şirkətlərə verildi. “Ulduz” şokolad fabriki də “İlin Xalq Markası” mükafatına layiq görüldü. “Ulduz” şokolad fabrikinin məhsulu “İlin Brendi” seçildi.02.04.2010-cu il tarixində Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşkilatçılığı ilə «Caspian Energy İntegration Award - 2010» beynəlxalq mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib. Mükafatçılar istehsal və xidmət sahələrində fəaliyyət göstərən, il ərzində istehlakçılar və müştərilər arasında nüfuz qazanmış, öz fəaliyyətləri ilə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermiş, rəsmi web-saytında səsvermə nəticəsində uğur qazanmış brendlərə verilmişdir. Çox sevindirici haldır ki, “Ulduz” şokolad fabrikinin məhsulu olan “Tango” şokoladı da bu nominatlar sırasında idi.
Fabrik olaraq əsas məqsəd yerli və xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək öz nüfuzunu qorumaq və artırmaq, fəaliyyət sahəsini yerli və beynəlxalq qanunvericiliyin tələbləri, Keyfiyyət İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə uyğun olaraq qurmaq və Halal Qida qanunlarına riayət edərək, istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməkdir.Hal-hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışmaqdadır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də saylarının bir neçə dəfə artmasına şərait yaradacaqdır.Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuş yaraşıqlı binada yerləşir.