"Uğur-97" tikinti şirkəti 1997-ci ildə yaranmışdır. Fəaliyyətinin ilkin dövründə istehsal sexləri, ofis və mağazaların tikilməsi ilə məşğul olub. 1998-ci ildən başlayaraq, şirkət aktiv olaraq Bakı şəhərinin inşaat biznesinə qoşulur.
Qısa müddət ərzində "Uğur-97" şirkəti tərəfindən şəhərimizə yaraşıq gətirən "lüks" dərəcəli yaşayış binaları tikilmişdir. R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 ev tikilmişdir. 2001-ci ildə isə Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli ev tikilmişdir. Planlaşdırılmış 19 mərtəbəli 3 evlərdən birinin, Bakı sirkinin yaxınlığında tikilişi artıq başa çatmışdır. Bunlar divarları kərpiclə quraşdırılmış karkas evlərdir. Karkas isə betondan tökülmədir. Evlər, ümumi sahəsi 150-dən 224 m2 kimi olan 3 və 4 otaqlı mənzillərdən ibarətdir. Bunlar paytaxtın ən yaxşı rayonlarında yerləşən, yüksək keyfiyyətə cavab verən seçmə evlərdəki mənzillərdir. Şirkətin layihələrinin müvəffəqiyətinə səbəb, onların Hacı Murad Şuqayev kimi, Azərbaycanın əməkdar memarı adına layiq görulmuş müəlifindədir. Memarlıq sahəsində bir neçə beynəlxalq mükafat almış Hacı Murad Şuqayev, Moskvada keçirilmiş "Zodçestvo -2001" beynəlxalq festivalında 1-ci dərəcəli diploma layiq görulmuşdur.
Bu binalar məhz "Uğur-97" şirkətinə xas olaraq xüsusi tərzdə tikilib və bir-birini tamamlayaraq özünəməxsus, memarlıq xüsusiyyətlərinə malikdirlər. "Uğur-97" şirkətinin yerinə yetirdiyi inşaat işləri yalnız ev tikilişini yox, həmdə bütövlukdə tam bir yaşayış kompleksini təşkil edir. Binalarda rahat yaşayış üçün tam şərait təşkil olunmuşdur. Layihədə ətraf sahələrin yaşıllışdırılması və abadlaşdırılması, elədəcə qarajlar, supermarket, cəmaşirxana və sair məişət xidmətləri, qabaqcadan nəzərdə tutulmuşdur. Bu cür tikiliş dünya təcrübəsinə əsaslanaraq yerinə yetirilir. Misal üçün, R. Behbudov küçəsindəki yaşayış kompleksində, binaların birinin altında, uzunluğu 25 m olan örtülü su hovuzu, kişilər və qadınlar üçün trenajor zalları, masaj otaqları, sauna, bərbərxanaları, uşaqlar üçün nəzərdə tutulmuş hovuzu, restoranı, kafesi və s. olan "AQUA PARK" ailəvi əyləncə-sağlamlıq mərkəzi tikilmişdir.
"Uğur-97"-nin layihələri Bakının ümumi memarlıq planına orqanik olaraq tam uyğun qəlir. Material və layihələrin hamısı, layihə institutlarında və muvafiq dövlət orqanlarında ekspertizadan keçirilərək lazım olan sertifikat və lisenziyalarla təmin olunurlar. Binalar 9-ballıq zəlzələyə qarşı seysmik davamlılığa malikdirlər. Onuda nəzərə almaq lazımdır ki, "Uğur-97" şirkətinin başqa yerli tikinti şirkətlərindən fərqləndirici cəhəti odur ki, burada yüzlərlə yerli mütəxəssislər çalışırlar, həmçinin tikiniti üçün yerli materiallardan istifadə olunur. Şirkət iqtisadiyyatın neft sahəsində ən nəhəng vergiödəyicilərindən biridir. Bununlada şirkət yerli sahibkarlığın və milli iqtisadiyyatın inkişafına təkan verir.