Üfüq-S Dil Tədqiqat Mərkəzi xəritədə

Üfüq-S Dil Tədqiqat Mərkəzi

Bakı, Nəsimi rayonu, Azadlıq prospekti, 18 AZ1010 *** 0 səs

Üfüq-S Dil Tədqiqat Mərkəzi haqqında

Yarandığı 2004-cü ildən bəri “Üfüq-S” Dil Tədqiqat Mərkəzinin məqsədi Sizin fikrinizi dəqiq və effektli surətdə çatdırmağınıza kömək etməkdən ibarətdir. Şirkətimiz korporativ sifarişçilərlə olduğu kimi, özəl sifarişçilərlə də işləyir. Çatdırmaq istədiyiniz fikri formalaşdırmaq üçün Siz çox çalışırsınız. Çatdırmaq istədiyiniz fikrin yaxşı tərcümə olunmasına əmin olmaq üçün çox çalışmağı bizim öhdəmizə buraxın.“Üfüq-S” Dil Tədqiqat Mərkəzi öz biznesini aşağıdakı dəyərlər əsasında inkişaf etdirmişdir:

  • Peşəkarlıq-Biz ən yüksək keyfiyyətli tərcümə əldə etmək üçün peşəkar, təcrübəli tərcüməçilərlə işləyirik. Tərcümə komandasının tərkibini ştat və ştatdankənar peşəkar və səlis dil bacarığına malik olan tərcüməçilər və redaktorlar təşkil edir. Həmçinin, dəqiqliyi təmin etmək üçün müvafiq dilin daşıyıcıları olan redaktorlar, korrektorlar da işə cəlb olunmuşdur.
  • Etibarlılıq-Biz hər müştərinin tələblərini vaxtında icra etmək üçün çox işləyirik. Təqdim olunan tərcümə materiallarının məxfiliyini qoruyub saxlayırıq.
  • İmkan-Biz diqqətimizi əlverişli və güzəştli qiymətlərlə xidmət göstərib müştərilərlə münasibətlərin qurulmasına, davamlı olaraq inkişaf etdirilməsinə yönəltmişik və etibarınızı qazanmaq üçün çox çalışırıq.

Üstünlüklərimiz

  • “Üfüq-S” – Sizin etibarlı əməkdaşınızdır. Bütün lazımi işlər vaxtında və ən yüksək keyfiyyətli tərcümə və redaktə ilə yerinə yetirilir;
  • Bizim tərəfimizdən yerinə yetirilən istənilən tərcümə mütləq redaktor yoxlamasından keçirilir; bu xidmət tərcümənin qiymətinə daxildir;
  • Biz müştərilərimizlə əməkdaşlığımız dövründə əldə etdiyimiz bütün informasiyanın məxfiliyini təmin edirik;
  • Biz Sizin Şirkətin korporativ terminologiyasından ibarət lüğəti yaradacaq və onu təkmilləşdirəcəyik;
  • Bizim daimi müştərilərimiz üçün sifarişin hazır olma müddətinə görə qiymətdə çox az artım müşahidə olunacaq.