University Foundation Center xəritədə

University Foundation Center

Bakı, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 10/12 AZ1000 *** 1 səs

University Foundation Center haqqında

UFC (University Foundation Center) Dünyanın nüfuzlu ingilis dilli universitetlərinə Böyük Britaniyanın aparıcı müəllimləri tərəfindən tələbələrin hazırlanması və uğurla qəbul olunması üçün hazırlanmış effektiv və yüksək keyfiyyətli proqramdır. Foundation proqramına məktəbin sonuncu siniflərində təhsil alan və məktəbi bitirən şagirdlər başlaya bilər. Foundation proqramı Böyük Britaniya, ABŞ və Avropa ölkələrinə bakalavr pilləsinə hazırlıq proqramıdır. UFC-nin zəmanəti: Əgər tələbə proqramın bütün tələblərinə əməl edirsə və bununlada yekun imtahanları uğurla başa vurursa (51%-dən aşağı olmayaraq), o zaman UFC-nin partnyor universitetlərdən birinə 100% qəbul olunmağı zəmanət verir.

UFC Proqramı

Tədris üç istiqamətdə aparılır: texniki, iqtisadi, tibbi Tədris forması: mühazirələr, seminarlar, praktiki məşğələlər. Dərs saatları həftədə 35 saat olur, 20 saat auditoriya dərsləri və 15 saat kuratorun rəhbərliyi ilə sərbəst işlərdən ibarətdir. Kursun müddəti ingilis dili səviyyəsinə görə fərqlənir. Hazırlıq kursunun sonunda imtahanları uğurla başa vurduğu halda hər bir məzuna partnyor universitetlərdən birinə qəbul olmaq zəmanəti verilir. Təhsil haqqı: 6000 azn (manat)

  • Azərbaycandan kənara çıxmadan FOUNDATİON təhsili alırsınız
  • Dünyanın ən nüfuzlu universitetlərində birbaşa bakalavr təhsili almaq imkanı qazanırsınız
  • UFC ilə həm vaxtınıza həmdə pulunuza qənaət etmiş olursunuz
  • Beynəlxalq dərəcəli Foundation diplomuna sahib olursunuz

Bizim mərkəzdə tədris aldığınız dövrdə siz bu fənnlərə yiyələnirsiniz:

  • Ümumi ingilis dili
  • Akademik ingilis dili
  • Gələcəkdə universitetdə təhsil alığınız dövrdə ümumi akademik bilikler (kitabxanadan istifadə, prezentasiyaların hazırlanması, qeydlərin aparılması,seminarlara hazırlıq, tədqiqat aparmaq, hesabatların aparılması, komanda şəklində çalışma,layihələrin hazırlanması və yaradılması)
  • İELTS,TOEFL testlərinin keçirilməsi
  • Tədqiqat aparma bacarıqları
  • Universitetə qəbul üçün ərizə formasının doldurulması
  • Tematik tədqiqatların aparılması
  • Müxtəlif çətinlik dərəcələrində riyaziyyat
  • İnformatika

Seçilmiş ixtisasa uyğun olaraq tələbələrə ingils proqramı olan A-Level səviyyəsində 3 vacib fənn tədris edilir.

  • Texniki istiqamətdə: riyaziyyat, fizika, informatika.
  • İqtisadi istiqamətdə: iqtisadiyyat,mühasibat uçotu və riyaziyyat/ informatika.
  • Tibbi istiqamət: biologiya, kimya və fizika/informatika
  • Bütün istiqamətlər üçün icbari olan fənn ingilis dili sayılır.
  • Tədris forması: mühazirələr, seminarlar, praktiki məşğələlər.
  • Biliyin qavranılması müntəzəm olaraq diferensial qiymətləndirilən tapşırıqlar və yoxlama işləri vasitəsilə monitorinq edilir.
  • Dərs saatları həftədə 35 saat olur, 20 saat auditoriya dərsləri və 15 saat kuratorun rəhbərliyi ilə sərbəst işlərdən ibarətdir.
  • Kursun müddəti ingilis dili səviyyəsinə görə fərqlənir.

UFC təqdim edir

  • Tədris planı
  • Tam metodiki ədəbiyyat
  • Tam metodiki dərs vəsaiti
  • Proqramın hər bir məzununa partnyor universitetlərə qəbul olmaq üçün lazımi sənədlər təqdim edilir.
  • Hazırlıq kursunun sonunda imtahanları uğurla başa vurduğu halda hər bir məzuna partnyor universitetlərdən birinə qəbul olmaq zəmanəti verilir.
  • QUALİFİ imtahan komissiyası tərəfindən təsdiq edilmişdir.
  • UFC tam partnyor universitetləri Böyük Britaniya, ABŞ, Kanada