Üçbucaq Uşaq İnkişaf Mərkəzi xəritədə

Üçbucaq Uşaq İnkişaf Mərkəzi

Bakı, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 11/13 AZ1000 *** 1 səs

Üçbucaq Uşaq İnkişaf Mərkəzi haqqında

Təsadüfi deyil ki, üçbücaq studiyamızın rəmzi olmuşdur. Təpəsi yuxarı yönəlmiş bərabər tərəfli üçbücaq təkminlikdən və harmoniyadan xəbər verir.Müəllimlərimizin əsas vəzifəsi kiçik insanların məhz zehni, fiziki və mənəvi imkanlarını inkişaf etdirməkdən ibarətdir.Studiyamızın əsas məqsədi valideyinlərə uşaqları anlamaqda və onlarla əməkdaşlıq etməkdə, ətraflarında dünyanı qavramaq üçün inkişafa yönəlmiş mühit yaratmaqda kömək etməkdən ibarətdir.

İnkişaf proqramı

Kiçik yaşlə və məktəbədək yaşlı uşaqların məşq programı bir birini tamamlayan üç istiqaməti daxil edir:

  • tədris-qavrama
  • inkişaf etmə
  • sağlamlıq

Fövqəladə plastiklik, qavrama qabiliyəti uşaqları psixiki cəhətdən yaşlılardan fərqləndirən ən vacib xüsusiyətlərdəndir. Bunu nəzərdə tutmaqla da biz lazımi məşqlər sistemini işləmişik. Məqsəd bu yaşlı uşaqların gələcək inkişafı üçün mümkün olan imkanlardan tam istifadə etməkdən ibarətdir.

Məşq proqramının işlənməsi prinsipləri

  • proqramda uşaq inkişafinın bütün istiqamıətləri nəzərdə tutulur: intellektual, fiziki, emosional, ictimayi.
  • məktəbdən əvvəl kiçik, orta və böyük yaşlı uşaqların psixofizioloji xüsuiyətlərini nəzərə almaqla onlarla məşqlər oyun formasında aparılır.
  • intellektual və fiziki cəhətdən yorğunluğun qarşısını almaqdan ötrü məşqlərin gedişində fəaliyət növlərinin dəyişdirilməsi nəzərdə tutulur.
  • hərəkət tapşırıqlarından fəal istifadə olunur.
  • proqrama relaksasiya və nəfəs gimnastikası daxil edilmişdir.

Məşqlərin istiqamətləri

  • sensor inkişaf (rənglərin, şəkillərin, ölçülərin qavranması).
  • düşünmə qabiliyətinin, logikanın, diqqətin, yaddaşın, təxəyyülün inkişaf etdirulməsi.
  • xırda motorikanın inkişaf etdirilməsi.
  • barmaq gimnastikası.
  • məhsuldar fəaliyət növləri (yapma, rəsm, applikasiya).
  • emosional inkişaf.
  • yaradıcı qabiliyətin inkişaf etdirilməsi.
  • fiziki inkişaf (hərəkət aktivliyi).
  • ictimayi inkişaf (davranış qaydalarını qavramaq).
  • özünü idarə etmə.

İlk altı ay ərzində uşaq gələcək həyatında istifadə edəcəklərini öyrənir. Bu zaman yaşlılar ona kömək etdiyi zaman daha tez inkişaf edir. Bundan da savayı yaşlının uşaqla səmimi və xeyirxahlıqla rəftarı sayəsində kiçiklərdə dünyaya qarşı etibar hissi, valideynlərinə və digər yaxınlarına bağlılıq formalaşır.Böyüklər uşağın yalnız sağlam deyil, həmçinin xoş qəlbli, açıq düşüncəli, qaynar ürəkli bir insan olmasından ötrü yüksək məsuliyyət daşıyırlar.Uşağın inkişafını düzgün həvəsləndiməklə onun imkanlarını yaş xüsusiyələrinə və istəinə münasib olaraq mümkün qədər tam açmaq lazımdır.