Təsadüfi deyil ki, üçbücaq studiyamızın rəmzi olmuşdur. Təpəsi yuxarı yönəlmiş bərabər tərəfli üçbücaq təkminlikdən və harmoniyadan xəbər verir.Müəllimlərimizin əsas vəzifəsi kiçik insanların məhz zehni, fiziki və mənəvi imkanlarını inkişaf etdirməkdən ibarətdir.Studiyamızın əsas məqsədi valideyinlərə uşaqları anlamaqda və onlarla əməkdaşlıq etməkdə, ətraflarında dünyanı qavramaq üçün inkişafa yönəlmiş mühit yaratmaqda kömək etməkdən ibarətdir.
Kiçik yaşlə və məktəbədək yaşlı uşaqların məşq programı bir birini tamamlayan üç istiqaməti daxil edir:
Fövqəladə plastiklik, qavrama qabiliyəti uşaqları psixiki cəhətdən yaşlılardan fərqləndirən ən vacib xüsusiyətlərdəndir. Bunu nəzərdə tutmaqla da biz lazımi məşqlər sistemini işləmişik. Məqsəd bu yaşlı uşaqların gələcək inkişafı üçün mümkün olan imkanlardan tam istifadə etməkdən ibarətdir.
İlk altı ay ərzində uşaq gələcək həyatında istifadə edəcəklərini öyrənir. Bu zaman yaşlılar ona kömək etdiyi zaman daha tez inkişaf edir. Bundan da savayı yaşlının uşaqla səmimi və xeyirxahlıqla rəftarı sayəsində kiçiklərdə dünyaya qarşı etibar hissi, valideynlərinə və digər yaxınlarına bağlılıq formalaşır.Böyüklər uşağın yalnız sağlam deyil, həmçinin xoş qəlbli, açıq düşüncəli, qaynar ürəkli bir insan olmasından ötrü yüksək məsuliyyət daşıyırlar.Uşağın inkişafını düzgün həvəsləndiməklə onun imkanlarını yaş xüsusiyələrinə və istəinə münasib olaraq mümkün qədər tam açmaq lazımdır.