Ucar Aqro xəritədə

Ucar Aqro

Qazyan kəndi, Ucar AZ6119 *** 1 səs

Ucar Aqro haqqında

Azərbaycanın Ucar rayonunda “Ucar Aqro” quşçuluq kompleksi beynəlxalq standartlara cavab verən, yalnız ölkəmizdə deyil, eləcə də Cənubi Qafqaz regionunda müasir quş əti istehsal edən qabaqcıl müəssisələrdən birinə “Garant Holding”in investisiyaları sayəsində çevrildi. Zavodlarımızda əsas prinsip – gigiyenaya sözsüz riayət etməkdir.

Ucar Aqro olaraq fəaliyyət sahələrimiz

  • Quş əti emalı müəssisəsi
  • Yem zavodu
  • Yardımlı Su və Şirə Zavodu
  • Balıqçılıq

Ucar rayonunda Quş əti emalı müəssisəsi

Azərbaycanın Ucar rayonunda yerləşən “Quş əti emalı müəssisəsi” Ucar Aqro şirkətinin tərkibinə daxil olan yeni müəssisələrdən biridir. Müəssisənin yaradılmasında məqsəd istehlakçıları yüksək keyfiyyətli məhsul və xidmətlə təmin etmək, toyuq məhsullarına artan tələbi nəzərə alaraq ölkə bazarına yeni keyfiyyət standartlarına uyğun məhsul çıxarmaqdır.

  • Layihənin təsviri: broyler quş əti istehsalı və emalı üçün quşçuluq kompleksi.
  • İllik istehsal gücü: 17,000,000 ton (canlı çəki).
  • Kəsim gücü: 6,000 toyuq/saat.
  • Əsas İstehsal: təzə və dondurulmuş (bütöv və doğranmış) toyuq əti.
  • Birbaşa istehsalda işləyən işçilərin sayı: 590
  • Əlaqəli sahələrdə çalışan işçilərin sayı: 150