Türkiyənin Dövlət Neft şirkəti (TDNŞ) 1954-cü ildə təsis edilmişdir. Yarandığı ilk gündən "ТРАО" neft sahəsinin bütün şahələrində pioner rolunu oynayır və əhəmiyyətli və strateji investisiyalrı uğurla başa çatdırır. Türkiyənin sahilyanı ərazilərində və kiçik dərinliklərdə işlərin aparılması sahəsində böyük təcrübəsindən əlavə, "ТРАО" Azərbaycan, Qazastan və Liviyada müxtəlif layihələrdə hissə payına malikdir. 2004-cü ildə "ТРАО" ölkə daxilində vəxaricdə kəşfiyyat və hasilat layihələrinin həyata keçirilməsi yolu ilə Türkiyənin artan neft və təbii qaz tələbatlarını ödəmək məqsədini elan etmişdir. O vaxtdan bəri "ТРАО" ölkə daxilindəki investisiyaları əhəmiyyətli dərəcədə artırmış və şirkətin fəaliyyətinin Türkiyənin, xüsusilə də dənizin kəşf edilməmiş hövzələrinə yayılmasına əsaslanan yeni geoloji kəşfiyyat strategiyasını qəbul etmişdir.