Kapital Bazarı üzrə Təlim Mərkəzi Azərbaycanda qiymətli kağızlar bazarı üzrə ixtisaslaşmış təlim mərkəzidir. Qeyri-kommersiya təşkilatı olaraq biz, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərməklə, onun məqsədlərini yerinə yetiririk. Mərkəzimiz Dünya Bankının dəstəyi ilə Komitə tərəfindən keçirilən Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) çərçivəsində yaradılmışdır.
Mərkəzimiz maliyyə və fond bazarlarında işləyən, və ya işləmək istəyən hər kəs üçün yaradılmış təlim mərkəzidir. İqtisadiyyatın perspektivli sahəsi olmaqla, bu bazarlar zəruri bilik və təcrübə tələb edir.Ölkəmizdə bu sahənin kifayət qədər gənc olmasına baxmayaraq, mərkəzimiz tərəfindən hazırlanan proqramlar qərb təcrübəsinin yerli bazarlarda tətbiqini, eləcə də beynəlxalq bazarlara inteqrasiyasını təmin edir. Bunun nəticəsi olaraq, həm yerli həm də beynəlxalq bazarlarda fəaliyyət göstərməyiniz üçün optimal tədris proqramları hazırladıq. Təlim mərkəzinin məqsədi ilk növbədə ölkədə rifahın inkişafına kömək edəcək qiymətli kağızlar bazarının tədricən və düzgün təşkilinə xidmət etməkdir. Bu inkişafa nail olmaq üçün Təlim Mərkəzi tərəfindən iki əsas istiqamət seçilmişdir:
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq bizə qiymətli kağızlar bazarının siyasəti və gözlənilən tədbirlər haqqında məlumatlı olmağa imkan yaradır. Buna görə də proqramlarımız bazardakı cari vəziyyətlə yanaşı, gələcək perspektivləri nəzərə alır, bu da məzunlara müasirləşmə və davamlı dəyişkənliyə uyğunlaşmağa şərait yaradır.Ölkə qarşısında öz məsuliyyətini dərk edərək mərkəzin professional heyəti qiymətli kağızlar bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazırdır.