Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyi xəritədə

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyi

Bakı, Nərimanov rayonu, Dadaşov İbrahim Paşa küçəsi, 34 AZ1000 *** 2 səs

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyi haqqında

Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelin 4-də qurulub. Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb.İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir.
Hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 110-a qədər dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir.

İkitərəfli əməkdaşlıq

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. 2008-ci ilin iyunun 16-da energetika naziri S.İ.Şmatko Komissiyanın Rusiya tərəfdən həmsədri təyin edilib. Azərbaycan tərəfdən isə Komissiyanın həmsədri baş nazirin birinci müavini Y.E.Eyyubovdur.
Rusiya Federasiyasının subyektləri Azərbaycan Respublikası ilə birbaşa əlaqələri inkişaf etdirirlər. Bakıda Dağıstan və Tatarıstanın, «Ural Ticarət Evi» QSC-nin, «Tatarıstan Ticarət Evi» MMC-nin, Rusiyanın regional hava yolları şirkətlərinin («Başqırdıstan hava yolları», «Perm hava yolları», «Pulkovo hava yolları», «Samara hava yolları», «Ural hava yolları» və s.) nümayəndəlikləri fəaliyyət göstərir. Hazırda Saratov Vilayəti Ticarət Evinin və Mordva Respublikası Ticarət Evinin təsis edilməsi imkanları nəzərdən keçirilir. Moskva və Moskva Vilayətinin, Dağıstan, Tatarıstan, Sankt-Peterburq, Həştərxan, Saratov və Serdlovsk vilayətlərinin və digər regionların Azərbaycanla əməkdaşlıq barədə sazişləri vardır.

Rusiya ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələr artan xətt üzrə inkişaf edir. 2005-ci ildə Rusiyada Azərbaycan ili, 2006-cı ildə isə Azərbaycanda Rusiya ili çərçivəsində ümumilikdə 110 tədbir keçirilib. 2006-cı ilin dekabrında 2007-2009-cu illər üçün humanitar sahədə əməkdaşlıq üzrə Dövlətlərarası proqram qəbul olunub.2008-ci il fevralın 27-də Bakıda M.V.Lomonosov adına MDU-nun filialı açılıb və fəaliyyətinin ikinci ilində burada təhsil alan tələbələrin sayı 200-ə yaxındır. 1200 nəfərdən çox şəxs Rusiyanın Azərbaycan ərazisindəki digər bir təhsil müəssisəsində – Moskva Dövlət Açıq Universitetinin filialında təhsil alır.Azərbaycanın ali məktəblərində rus dilində 15 mindən artıq tələbə təhsil alır. Respublikada rus dilində 50-dən artıq məcmuə nəşr olunur və 12 informasiya agentliyi xəbər yayır.