Trade Industrial Company xəritədə

Trade Industrial Company

Bakı, Badamdar qəsəbəsi, Səbail rayonu, 3-cü massiv, 1-ci mas. AZ1000 *** 0 səs

Trade Industrial Company haqqında

“Ticarət sənaye şirkəti” ASC özəl müəssisəsinin fəaliyyəti neft qaz sənaye avadanlıqlarının, laboratoriya avadanlıqlarının, ölçü texnikalarının idxalı və ixracından ibarətdir. Şirkət eyni zamanda marketinq araşdırması aparır və müştəriləri informasiya xidmətləri ilə təmin edir. Partnyorları və sifarişçiləri dünyaca məşhur olan böyük şirkətlərdir: ARDNŞ, Abşeron regional su şirkətləri, “Luckoil”, “Turkmennefteqaz” və digərləri. Şirkət öz fəaliyyətini əməyi və ətraf mühiti mühafizə, təhlükəsizlik texniukası üzrə qüvvədə olan beynəlxalq standartlara, tikinti və sənaye texnologiyalarına dair mövcud standartlara müvafiq olaraq həyata keçirir, yalnız yüksək keyfiyyətli məhsulların təchizi ilə məşğul olur və buna əlavə zəmanət verir. Şirkətin yüksək ixtisaslı heyəti bu sahədə böyük təcrübəyə malikdir və partnyor prinsiplərinə hörmətlə yanaşır. Eyni zamanda “Ticarət – sənaye şirkəti” bəzi xarici şirkətlərin nümayəndəliyidir. Bu şirkətlərə aşağıda qeyd olunanlar aiddir: alman firması "Kanex Krohne Anlagen Export GmbH" neft – qaz sənayesi üçün nəzərdə tutulan ölçü alətlərinin istehsalı üzrə ixtisaslaşmışdır; alman firması Drager Safety AG – ölçü texnikalarının istehsalı ilə məşğul olan böyük firmalardan biridir; Slovakiya firması “MediProgress”- in fəaliyyəti tibb texnikalarının istehsalı, satışı və xidmətindən ibarətdir; Türk firması "Hidromek Hidrolik ve Mekanik Makina Imalat Sanayi ve Ticaret LTD". Nümayəndəlikdən başqa, şirkət "Минский Завод Колесных тягачей" Belorusiya zavodunun dileridir. Yüksək potensialı və toplanmış təcrübəsi sayəsində, satılan avadanlıqların və məhsulların müşaiyəti üçün müvafiq bazaya malik olmaqla, etibarlı daşıyıcılar və təchizatçılar ilə əməkdaşlıq edərək, şirkət imzalanmış müqavilələri operativ və keyfiyyətli qaydada həyata keçirir. Təklif olunan məhsul və xidmət çeşidləri aşağıda göstərilmişdir: - neft sənayesi, quyu, qurğu – kaçalka avadanlıqları; - "Hidromek Hidrolik ve Mekanik Makina Imalat Sanayi ve Ticaret LTD" firmasının tikinti texnikası; - "Минский Завод Колесных Тягачей" firmasının avto texnikası; - "KANEX-Krohne Anlagen Export GmbH", "ЗАО КАНЕКС" - "Кроне Инжиниринг, ROTA YOKOGAWA Gmbh&Co.KG" firmalarının ölçü texnikaları; - "MediProgress", "Drager Safety AG", "SANYO Biomedical Europe BV", "ПОРСА" laborator tibb firmalarının mebel və avadanlıqları; - tikinti və təmir işləri.