Traceca xəritədə

Traceca

Bakı, Səbail rayonu, General Əliyarbəyov küçəsi, 8/2 AZ1005 *** 2 səs

Traceca haqqında

TRASEKA (ing. ТRACECA - Transport Corridor Europe-Caucasus-Asia - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir.
Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır.

TRASEKA-nın məqsədi

TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir.TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir.Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir:

  • Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
  • TRASEKA üzv-dövlətləri arasında gələcək regional əməkdaşlığın dəstəklənməsi.
  • Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları cəlb etmək üçün TRASEKA layihlərinin geniş istifadəsi.
  • Avropa-Qafqaz-Asiya "TRASEKA" Beynəlxalq Nəqliyyat Dəhlizinin Trans-Avropa Şəbəkələri ilə optimal inteqrasiyasının dəstəklənməsi.

Tərəfdaş ölkələrin rəhbərləri Avropa ilə alternativ nəqliyyat bağlantısı kimi TRASEKA marşrutunun strateji əhəmiyyətə malik olduğunu hesab edirlər. TRASEKA mövcud şimal marşrutu və yeni alternativ cənub marşrutları arasında rəqabəti stimullaşdırır. Bundan başqa, Uzaq Şərqlə yenidən qurulmuş ticarət mübadiləsini tamamlayaraq, TRASEKA qədim İpək Yolunun bir daha ən iri ticarət dəhlizinə çevrilməsinə şərait yaradır.