Toyota Material Istismar Azərbaycan xəritədə

Toyota Material Istismar Azərbaycan

Bakı, Yeni Yasamal, Xarici Dairəvi yol, 4 AZ1000 *** 0 səs

Toyota Material Istismar Azərbaycan haqqında

“TOYOTA MATERIAL İSTİSMAR AZƏRBAYCAN" LLC kimi biz 2013-cü ildən fəaliyyət göstəririk. Təklif etdiyimiz yüksək keyfiyyət, təhlükəsiz və sərfəli xidmətlərimiz ilə, biz saxlanma avadanlıqları və yükdaşıma nəqliyyat bazarına yenilik gətirmişik. TOYOTA-nın üstünlüklərinə dünyada xidmət sahəsində Toyotanın sifarişçi məmnunluq strategiyası, xüsusi və təlimdən keçmiş heyət, daha yüksək səviyyəli avadanlıq və satış sonrası xidmətlər daxildir. Bizim əsas məqsədimiz yalnız avadanlıqları müştərilərə satmaq deyil, həmçinin saxlanma menecment sistemində onların iş əməkdaşları olmaqdır. Sifarişçilərimizin biznes məqsədlərinin nə olmasından asılı olmayaraq, bizim təklif etdiyimiz texnoloji avadanlıqlar onların problemlərini həll edilməsində böyük rol oynayır. Təklif etdiyimiz yüksək səviyyəli avadanlıq və xidmətlərdən savayı, bazarın və müştərilərin tələblərinə cəld cavab verməklə, biz TOYOTA istifadəçilərinin avadanlıqları ən effektiv tərzdə istifadə etmələrinə əmin oluruq. 08/04/2013 - "Toyota Material İstismar Azərbaycan" təsis olunub və qeydiyyatdan keçib. 29/05/2013 - yerli bazarda avadanlıqların satışı, xidmətlərin göstərilməsi və ehtiyat hissələrin təchiz edilməsi barəsində "Toyota Material İstismar Avropa" ilə memorandum imzalanıb. 23-26/10/2013 - 19-cu Azərbaycan Beynəlxalq Tikinti Sərgisində iştirak etmişik. Bu gün bir çox yerli və xarici şirkətlərlə iş əməkdaşlığı edərək, təchiz etdiyimiz avadanlıq, xidmət və ehtiyat hissələrinin istifadəsində onlara zəmanət, təhlükəsizlik və effektivlik təmin edirik. Bizim öhdəliyimiz sizin rahatlığınızdırBir problemin qarşısını almaq, onu sonradan təmir etməkdən daha yaxşıdır. Bu sadə fəlsəfə sizin risklərinizi azaltmaq üçün bizim xidmət prinsiplərimizin özəyidir. Bu sizə imkan yaradır ki, siz bütün diqqətinizi öz biznesinizdə cəmliyəsiniz, nəinki gözlənilməz sınmalar, artıq xərclər, detal sifarişləri və s. sizi narahat etsin.YükləEhtiyacınız olan xidmət, ehtiyacınız olan vaxtdaXidmətimizin əsas özəyini Mobil Servis Platforması təşkil edir. Ən son texnoloji bağlantı vasitələrindən istifadə edərək bu sistem 30 ölkə üzrə 400 xidmət mərkəzlərində 3300 tam avadanlıqlı mobil xidmət minivenləri və 4000 ekspert texnikləri bir-biri ilə bağlayır. Bunun nəticəsi olaraq hər bir texnik sağlam informasiya ilə təchiz olunur, 550 000-dən çox forkliftin tarixçəsini izləyə bilir və əgər lazımdırsa gecə ilə ehtiyat hissələrini çatdıra bilərik. Bütün bunlar texniklərimizə keçdiyimiz yüksək səviyyəli təlimlər, texnoloji baza və bütün lazım olan avadanlıqlar və alətlərlə təmin olması sayəsində əldə edilir.Xidmət müqavilələriSadəcə xidmət müqaviləsinin növünü seçin və qalan bütün işləri bizə buraxın: Təhlükəsizlik yoxlaması Qaldırıcı avtokarların təhlükəsiz fəaliyyət göstərməsi və sizin işçi heyətinizin mühafizəsinin təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Bu müqavilə sizin avtokarların milli qanunvericilik və nizamlayıcı orqanlar tərəfindən müəyyən edilən təhlükəsizlik standartlarına hər zaman müvafiq olaraq fəaliyyət göstərdiyinə zəmanət verir. Qoruyucu texniki xidmət Bu müqavilə planlaşdırılmamış boşdayanma vaxtı və xərcli təmir işlərinin qarşısını almaq üçün effektiv bir üsuldur. Biz sizin avtokarlar üçün əvvəlcədən hazırlanmış plana əsasən texniki xidmət göstərilməsinə, həmçinin bütün təhlükəsizlik tələblərinə cavab verməsinə əmin olmaq üçün cavabdehlik daşıyırıq. Tam xidmət Bu müqavilə ən yüksək səviyyəli əməliyyat performansı və işlək vaxt müddəti ilə təmin edilməsi məqsədilə sizin bütün avtokarların təmir tələblərini və texniki xidmətini həyata keçirmək üçün nəzərdə tutulub. Əlavə imkanlar Biz həmçinin müqavilənin sizin dəqiq tələblərə uyğun olaraq xüsusiləşdirilməsi üçün aşağıdakı variantları da təklif edirik: 24/7 xidməti, Sahədə servis işçisi, Tam texniki xidmət və Toyota I_Site ilə kombinə edilmiş dəstək paketiƏsil (Orijinal) Toyota və BT hissələriSİzin qaldırıcı avtokarların inteqral keyfiyyətini qoruyub saxlamaq üçün, onların təmiri zamanı eyni dərəcədə yüksək səviyyəyə malik ehtiyat hissələrindən istifadə edilməsi məsləhət görülür. Bu səbəbdən biz bütün Xidməti Müqavilələrimizdə yalnız əsil Toyota və BT qaldırıcı avtokar hissələrindən istifadə edirik. Bu zaman keçdikcə sizin investisiyalarınızın dəyərini qoruyub saxlamaqla yanaşı, həmçinin ən yaxşı uyğunluq təmin edəcək, və ən tez və inamlı təmir işləri ilə nəticələnərək, sizin avtokarların təhlükəsiz fəaliyyətinin qorunulub saxlanılması və qeyri-işlək vaxtının minimuma endirilməsinə imkan yaradacaq. Yüksək səviyyəli fəaliyyətimiz Avropanın istənilən yerindən 24 saat ərzində çatdırılmaya zəmanət verir.Sürücülər üçün təlimBacarıqlı və motivasiyalı sürücü yüksək səviyyəli məhsuldarlıqla yanaşı, həmçinin, daha təhlükəsiz fəaliyyət göstərəcək - inventar və avadanlığa, və ya daha qorxulu - insanlara zərər yetirmə riskini minimuma endirəcək. Biz gündəlik təhlükəsizlik və texniki xidmət baxışlarının əsaslarını, həmçinin təhlükəsiz sürücülük qaydaları və əməliyyat texnikasını əhatə edən tam təlim kurslarını təklif edirik. Kirayə İmkanlarıSizə lazım olduğunda, sizə lazım olan avtokarQaldırıcı avtokarları nə üçün bizdən kirayə götürməlisiniz? Cavab yüksək səviyyəli Toyota və BT məhsulları ilə başlayır. 100 ildən çox əldə edilmiş irs ilə, siz bir gün və ya bir neçə il üçün kirayə götürdüyünüz avadanlıqlarımızın keyfiyyətinə, etibarlılığına və fəaliyyətinə güvənə bilərsiniz. Bazardakı ən yaxşı avtokarları sizə kirayə verməklə yanaşı, bizim kirayə imkanlarımız sahibkarlik ilə bağlı olan bir çox riskləri aradan qaldıraraq, sizin fəaliyyət və maliyyə tələblərini cavablamaq üçün nəzərdə tutulmuşdur. Həmçinin, paketi tamamlamaq üçün biz sifarişçi dəstəyini də təmin edirik. Ən yaxşı avtokar, ən yaxşı xidmət, ən yaxşı məsləhət və ən yaxşı dəstək üçün, bizdən kirayə götürün. Bizim məqsədimiz hər zaman - sizin bütün kirayə tələblərinizi qarşılamaqda öz yardımımızı göstərməkdir. Biz sizin avtoparkın tələblərinə uyğun olaraq, sadə əl paletindən tutmuş tam fəaliyyətli avtoparka qədər, 1 gündən 7 ilə qədər təmin edilməsində öz köməyimizi göstərə bilərik. Sizi ən yaxşı iş imkanları ilə təmin etmək üçün müxtəlif kirayə avadanlıqları, müxtəlif kirayə müddəti və planlarının necə kombinə edilməsinə dair öz tövsiyyələrımizi verə bilərik. Həmçinin, bizim ilə işləyərkən, siz, güvənli biznes əməkdaşı ilə işləyirsiniz və Toyota İndastris Grupun qlobal maliyyə resurslarından da faydalanacaqsınız. Bu isə iş əlaqəsinin tanınılmayan hər hansı üçüncü tərəf ilə yox, birbaşa bizim ilə olmasını bildirir. Əsas avtoparkın kirayəsi Əsas avtoparkın kirayəsiƏsas Avtopark Kirayə planımızda 70000-dən çox qaldırıcı avtokarımız var. Siz birbaşa sizin tələblərə uyğun olan avtokarları müəyyən edə və 7 ilə qədər uzun müddətli kirayə müddəti üçün mövcud olan yüksək rəqabətli kirayə qiymətlərindən faydalana bilərsiniz. Bu kirayə planı bizim bütün Təsdiqlənmiş işlənmiş avtokarlarımız, həmçinin yeni avtokarlar üçün mövcuddur. Qısa-müddətli Kirayə Siz iş şəraitində baş verən dəyişikliklərə necə cəld reaksiya göstərirsiniz və ya sifarişçilərin təcili tələblərini necə yerinə yetirirsiniz? Bizim qısa-müddətli kirayə planı bu suala cavab verir, çünki o sizin əsas avtoparkın həcmini tez bir şəkildə dəyişdirməyə imkan verir. Alternativ kimi, Qısa müddətli kirayə planı, spesifik zaman müddəti ərzində, spesifik tələbləri ödəmək üçün sizə qaldırıcı avtokarları təmin edə bilər. Sizin istənilən iş vəziyyətində, biz adətən öz yardımımızı göstərə bilərik. Sadəcə bir zəng sizin bütün tələblərinizə cavab verəcək və bizim Qısa-müddətli kirayə avtoparkındakı 20000-dən çox avtokarlardan istifadəyə imkan yaradacaq. Sizin təcrübəli locistika üzrə mütəxəssis və ya qaldırıcı avtokarlar dünyasında yeni olmanızdan asılı olmayaraq, biz sizin sorğunuz ilə sürətli və effektiv şəkildə məşğul olaraq, mümkün ən yaxşı həll yolunu əldə etməyinizə əmin olacağıq. Bizim məqsədimiz hər zaman sizin bütün kirayə tələblərinizi qarşılamağa yardım göstərməkdir. Geriyə Ödəniş Kirayəsi Bu xüsusi kirayə planında, biz sizin mövcud avtoparkı sizdən satın alaraq, sizin biznesə dəyərli kapitalın yatırılmasını təmin edirik. Biz sonra bütün detalların qayğısına qalaraq, fiksə edilmiş aylıq ödəniş müqabilində qaldırıcı avtokarları sizə kirayə veririk - bizim təcrübə ilə bu doğrudan da çox sadədir