Total IT haqqında
“Total IT” MMC regionda geniş miqyaslı İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətlərindən biridir. İnformasiya texnoloqiyaları həllərinin provayderi və sistem inteqratoru kimi tanınan “Total IT” aparat və proqram təminatı komplekslərindən tutmuş konsaltinq, dəstəkləmə və zəmanət xidmətləri də daxil olmaqla bütöv bir zənciri özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir. 25 avqust 2005-cu ildə təsis edilən “Total IT” şirkətinin fəaliyyəti regionun müxtəlif təşkilatlarında biznes proseslərinin effektivliyinin artırılması və optimallaşdırılması, eləcə də biznes idarəçiliyinin və cəmiyyətdə informasiya mübadiləsinin təkmilləşdirilməsi istiqamətinə yönəldilmişdir.
“Total IT” - texnoloji məhsulları və həlləri tətbiq etməkdə unikal praktiki təcrübəyə malik peşəkarlar komandasıdır. Onun yüksək ixtisaslı mühəndisləri, proqramçıları, şəbəkə və telekommunikasiya sistemləri üzrə ekspertləri, menecerləri şirkətin intellektual potensialının əsasını təşkil edir. Şirkətin işçi heyəti şirkətin inkşafı üçün güclü və effektiv çalışan 40 nəfərdən artıq bir qrupdan ibarətdir.” Total IT Şirkəti IBM, Outsource International, Mikro, LOGO, Siemens IT Solutions and Services, IOCOM, Abris DC, RRC EN, Dell, Cisco Systems, EMC, Avaya, SUN Microsystems, VMware, Oracle, Microsoft, Leica Geosystems, RAD Data Communications, Emerson kimi dünya İT sənayesi liderlərinin rəsmi tərəfdaşıdır.
Məqsədimiz
Şirkət olaraq ən əsas məqsədimiz regionun ən etibarlı və müvəffəqiyyətli İKT şirkətlərindən biri olmaqla, bu yolda lazımi bütün enerji və əməyi sərf edərək mütəxəssislər və peşəkarlar tərəfindən ən çox tərcih edilən şirkətə çevrilməkdir.
BİZ NƏ İŞ GÖRÜRÜK?
İT Xidmətləri
- Yerli şəbəkə (Local Area Network - LAN) dizaynı və quraşdırılması
- Passiv şəbəkələr (Passive Networks)
- Şəbəkə təhlükəsizliyi və monitorinq
- Server sistemlərinin planlaşdırılması və qurulması
- Network sistemlərinin planlaşdırılması və qurulması
- İnformasiya qorunması və ehtiyat arxivləmə xidmətləri
- İKT İnfrastrukturunun auditi, konsultasiya və dəstək xidmətləri
- Virtual infrastrukturların qurulması
Kommunikasiya Xidmətləri
- Geniş Ərazi Şəbəkələri (Wide Area Network – WAN) dizaynı və quraşdırılması
- Virtual Özəl Şəbəkə (Virtual Private Network – VPN) həlləri
- Telefon ATS həlləri
- İnternet üzərindən Telefoniya (Voice over IP - VoIP) həlləri
- Call Center (Çağrı Mərkəzləri) qurulumu və xidmətləri
Audio, Video və Təhlükəsizlik Xidmətləri
- Təhlükəsizlik məqsədli video müşahidə
- Real zamanda video konfrans
- Many-to-Many prinsipli audio və video görüşmələr
- Proximity, biometrik və sifət kontrol giriş-çıxış sistemləri
Proqram təminatı və idarə olunması
- Qurumsal Resurs Planlaşdırıcı (Enterprise Resource Planner – ERP) sistemləri
- Verilənlərin mərkəzləşməsi və qorunması
- Veb resursların hazırlanması və Internetdə yerləşdirilməsi
- Elektron poçt və məlumat mübadiləsi
- Proqram/Sənəd dövriyyəsi/Portal həlləri
Texniki servis və dəstək
- Müqavilə əsaslı texniki dəstək
- Tələb əsasında texniki dəstək
“TOTAL IT” şirkəti bu və digər kimi xidmətləri müştərilərinə təqdim edərək onların vaxtına və vəsaitinə qənaət etməkdə kömək olur. Gündəlik iş şəraitində şirkətlərin informasiya texnoloqiyalarından daha da çox asılı olaraq bir sıra hallarda risk alma əmsallarının artmasını nəzərə alan “TOTAL IT” xüsusi ixtisaslaşmış mütəxəssisləri vasitəsi ilə öz müştərilərinə konsaltinq xidmətləri verməkdədir.