Tiamo Azərbaycan Inşaatçılar şöbəsi xəritədə

Tiamo Azərbaycan Inşaatçılar şöbəsi

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 69 AZ1000 *** 2 səs

Tiamo Azərbaycan Inşaatçılar şöbəsi haqqında

Tiamo mental aritmetik 4-12 yaş arası uşaqların zəka inkişafı proqramıdır.Kiçik yaşlarından qoyulan düzgün təməl, gələcək üçün uşaqlarınıza qoyduğunuz böyük bir sərmayədir.Vasitə olaraq riyaziyyatdan istifadə edilir və bir neçə aydan sonra uşaqlar riyazi hesablamaları zehinlərindən apara bilirlər. Tiamo artıq 2 ildirki Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərir.

Tiamonun fəaliyyəti

Tiamonun Türkiyənin ayrı-ayrı şəhərlərində 100 dən çox , Qazaxıstanda 4, Qırğızıstanda 1, Rusiyada açılmaq üzrədir, Azərbaycanda isə rəsmi olaraq artıq 9 şöbəsi var. Bakıda (Nizami, Əhmədli, Nərimanov, Yasamal, Səbail və İnşaatçılar), Sumqayıtda , Mingəçevirdə və Gəncədə. 
Uşaqların hərtərəfli inkişafı üçün tədris olunan TİAMO mental aritmetik qisa bir müddətdə uşaqlarda yaddaş, qavrama, özünə inam, məntiq, sürətli düşünmə və düzgün qərar vermə bacarıqlarını inkişaf etdirir, riyazi hesablamaların çox sürətlə aparılmasını təmin edir.

Tiamoda dərslər

  • Dərslərdə qrup sayı 1-5 nəfərdən ibarətdir.
  • Uşaqlar 3 - 5 - 8 dərsə 2-3 rəqəmli ədədləri zehindən hesablayırlar.
  • Həftə ərzində ödənişsiz əlavə dərslər keçirilir.
  • Eyni anda fikri bir neçə yerə cəmləmə (95% tələbələr hesabları mahnı oxuya, şeer söyləyə və rəqs edə-edə aparırlar).
  • Kursu 8 ay-1 il deyil, artıq 4 - 7 aya qədər bitirə bilirlər.
  • Dərs zamanı zəkanın inkişafı təkcə riyazi hesablamalarla deyil, xüsusi rəngləmələr, tiamoya aid zəka oyuncaqları və internet üzərindən olan digər oyunlarla, aparılır.
  • Aylıq valideyn iclasları kecirilir və onlara tələbələrin irəliləmə sürəti haqqında hesabat verilir, fikir və təkliflər dinlənilir.

Kurslarımızda Tiamoyla yanaşı, yaddaş texnikası, sürətli oxuma, məktəbəqədər və ibtidai hazırlıq, ingilis dili, rus dili, azyaşlı uşaqlar üçün psixologiya kursları da fəaliyyət göstərir. “Zəka Oyunları Akademiyası” kurslarımız da varki, orda müxtəlif oyunlar, testlər, rəngləmələr, vasitəsilə uşaqların ümumi dünya görüşü, məntiq, yaddaş, diqqət gücünü inkişaf etdiririk.Məqsədimiz Azərbaycanda uşaqların əqli inkişafını, intelektual potensiallarını artırmaq və uğurlu gələcəyinin təməlini qoymaqdır.