Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi xəritədə

Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 123A AZ1000 *** 2 səs

Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi haqqında

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, “Bakı” mehmanxanası, Naxçıvanda Dram teatrının binası və s. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.