The Lake Palace Baku xəritədə

The Lake Palace Baku

Bakı, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 63A АZ1141 *** 1 səs

The Lake Palace Baku haqqında

Bakı şəhərinin mərkəzi hissəsində və möhtəşəm təbiət gözəlliyinin əhatəsində yerləşən Lake Palace oteli özünəməxsus memarlıq incisidir. Şəhər mərkəzindən cəmi 10 dəqiqəlik məsafədə yerləşən Lake Palace oteli yüksək səviyyəli personal heyəti ilə xidmətinizdədir. Lake Palace oteli klassik dizayn və müasir memarlıq nümunələrini özündə birləşdirən rahat və müasir 25 otaqdan ibarədir. Otaqlarımız müxtəlif xidmətlərlə təchiz olunmuşdur.

Otaq servisi

  • Peyk/kabel televiziyası
  • Fərdi kondisioner sistemi
  • Saçqurudan fen
  • Minibar
  • Elektron seyf
  • Pulsuz yüksək sürətli internet xidmıəti (WIFI)
  • Yanğın siqnalizasiya sistemi
  • 24 saat otaq xidməti
  • Beynəlxalq çıxışli telefon xidməti
  • Kimyəvi təmizləmə
  • Camaşirxana xidməti
  • Fərdi ütü servisi
  • Hava alanından qarşılama və yola salma xidməti
  • 24 saat təhlukəsizlik xidməti

07:00-11:00-dək səhər yeməyi üçün müştərilərimizin üzünə açılan gözəl göl mənzərəli Lake Side restoranımız həmçinin nahar və şam yeməyi üçün xidmıtinizdədi, Azərbaycan və Avropanın ən zəngin mətbəxini sizlərə təqdim edir. Dost və yaxınlarınızın əhatəsində canlı musiqi sədaları altında mətbəximizin ləziz təamlarından dadaraq vaxtını mənalı keçirmək istəyən müştərilərimizə xidmət göstərməkdən məmmunluq duyuruq. 07:00-00:00-dək işləyən “LOBBY BAR”-ımız eyni zamanda müxtəlif iş görüşmələri və vaxtını gözəl keçirtmək istəyən hər kəsdə xoş təəssürat yaradacaq. Səhərə qədər fəaliyyət göstərən otelimizin “LOUNCH BAR”-ı möhtəşəm mənzərəsi ilə qonaqlar üçün istənilən vaxt gecə kokteyli və ya çərəz ilə dadlı qəhvə içmək üçün ideal bir yerdir.

Lake Palace Sağlamlıq mərkəzinin xidmətləri

  • Sauna və buxar hamamı
  • Türk hamamı
  • Idman zalı
  • Fitnes bar
  • Ayaq masajı və cakuzi
  • Masaj xidməti
  • Qapalı hovuz

Sağlamlıq mərkəzimiz həftənin hər günü 07:00-23:00-dək müştərilərimizə xoş anlar yaşadacaq xidmət təklif edir.