Xırdalan Karton Fabriki xəritədə

Xırdalan Karton Fabriki

Xırdalan, 1232-ci keçid, 28-32 AZ1000 *** 1 səs

Xırdalan Karton Fabriki haqqında

Xırdalan Karton Fabriki 1996-cı ildə aparılan yenidənqurma işləri nəticəsində fəaliyyətini bərpa etdi. Hazırda fabrikin illik istehsal gücü 3 növbəli fasiləsiz iş rejimində 38 mln m2 qorfa məhsulu təşkil edir.

Fabrik 2 və 4 rəngdə həm düz həm də qəlibli kəsimdə müxtəlif ölçü və dizaynlarda karton qutular, yumurta üçün konteynerlər istehsal edir. Üç və beş laylı kartonlar dünya standartlarına uyğun olub, bu adda məhsul istehsal edən qabaqcıl müəssisələr ilə rəqabət aparmaq gücünə malikdir. Burada A, B, C və BC dalğalı qofra-kartonlar istehsal edilir. Ekoloji təmiz məhsul istehsalını əldə etmək üçün yapışqan olaraq “Misir Nişastası”ndan istifadə edilir.

Fabrik 6.63 ha əraziyə malikdir ki, bunun da 4.2 ha tikinti altındadır. Fabrik avtomat dəmir yol xətti və avtomatik yanğınsöndürmə qurğusuna malikdir.

Tullantısız istehsala malik müəssisə 2001-ci ildə ISO-9000 keyfiyyət sistem sertifikatını əldə etmişdir. Kağız sənayesi üçün texnika və texnologiyanın əldə edilmiş son nailiyyətləri fabrikdə tətbiq olunur. Fabrikdə çalışan yüksək ixtisaslı peşəkar mühəndis və texniki işçi qrupu müştəriyə qablaşdırma prosesində dəyərli məsləhətlər verir, onların işinin daha düzgün, ucuz və keyfiyyətli olması üçün hər cür dəstək göstərir.

“Xırdalan Karton Fabriki” istehsal keyfiyyəti və makina parkı baxımından dünyada mövcud olan ən müasir 70 fabrikin birinci onluğa daxildir.