Avropa Azərbaycan Cəmiyyəti haqqında
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş Azərbaycanı təbliğ etmək və ölkə və Avropa millətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirməklə məşqul olan ümumavropa qeyri-hökumət təşkilatıdır.Azərbaycanın müsbət aspektlərinin təbliğ edilməsi ilə yanaşı AAC 875 000 qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə diqqət çəkir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Dağlıq Qarabağ və yeddi ətraf rayonun erməni silahlı qoşunları tərəfindən qeyri-qanuni olaraq işğal edilməsi səbəbindən bu insanlar öz evlərinə və doğma torpaqlarına qayıda bilmir.
AAC 2008-ci ilin noyabr ayında işə başlamış, ondan dörd il öncə isə London Azərbaycan Cəmiyyəti kimi fəaliyyət göstərmişdir. Təşkilatın Birləşmiş Krallıq, Belçika, Fransa, Almaniyada və Türkiyə ofisləri, Azərbaycanda isə nümayəndəliyi vardır.AAC-in üç əsas əməliyyat aspektləri vardır:Mədəniyyət – AAC mədəni tədbirlər keçirmək və şəbəkə mərkəzi kimi fəaliyyət göstərməklə dünya ictimaiyyətini Azərbaycanın zəngin mədəniyyəti ilə tanış edir. Mədəniyyət bölməsinə daxil olun.
Biznes – AAC Avropa və Azərbaycanın biznes əlaqələrini dəstəkləyir. O təşkilatların əməkdaşlıq əlaqələri qurması və mövcud biznes əlaqələrinin region boyu genişlənməsi üçün platform yaradır. Biznes bölməsinə baxın.İctimai Əlaqələr – AAC əsas fikir yaradıcıları, qərar qəbul edənlər və digər siyasi, akademik dairlər və vətəndaş cəmiyyətilə əlaqəli şəxslərin Azərbaycan barədə məlumatını artırmaq üçün çalışır. İctimai Əlaqələr bölməsinə daxil olun.Öz məqsədləri çərçivəsində, AAC:
Maraqlanan tərəflər, fikir formalaşdıran və qərar qəbul edən tərəflərlə görüşlər təşkil edir
Siyasətçilər, jurnalistlər və biznes adamlarının tanışlıq məqsədilə keçirilən iş səyahətlərini təşkil edir
Dəyirmi masalar, seminarlar, mühazirələr və konfranslar təşkil edir
Pamfletlər, hesabatlar, bülletenlər və kitablar dərc edir
AAC üzvü olmaqla bağlı ətraflı məlumata ehtiyacınız olarsa, zəhmət olmasa bizim üzvlük səhifəmizə daxil olun. Fəaliyyətimiz, tədbir və nəşrlər barədə daha ətraflı məlumat almaq istərsəniz, zəhmət olmasa, internet saytımızın müvafiq bölməsinə daxil olun və ya birbaşa bizimlə əlaqə saxlayın.