Sahibkarın Məsləhət Evi haqqında
SME son iki ildə yerli sahibkarlar ücün dəyəri 50 milyon manatdan cox olan 70 ədəddən şox və xarici investorlar üçün isə 5 ədəd biznes-plan hazırlamışdır.Hazırlanmış biznes planların 60 faizə qədəri investor və İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarın Milli Kömək Fondu tərəfindən maliyyələşdirilmişdir.
“Sahibkarın Məsləhət Evi” MMC mütəxəssislərinə biznes plan və müxtəlif sənədlər tərtibini etibar edən və səmərəli nəticələrini görən Azərbaycan Respublikasının tanınmış şirkətlərn adlarını sadalamaq şirkətin iş keyfiyyətlərindən xəbər verir: “AZENCO” ASC, KATV-1, ”Karat”, “Bakı Neft Maşınqayırma zavodu”ASC, “Universal NAA”, “Avesta” MMC, “Aznar”QSC, “Asena”MMC, “Neon”, “Bakuba”, “Hövsan Broyer””Bakı Məişət Malları”ASC, “M-Layn”, “Azər-İlmə”MMC, “Qlobal Telekom” (Connect), “Xırman”, “Bakı Dəzgahqayırma”ASC, “Nanonexnologiya”, “Bakı Elektroavtomat”ASC, “Kaspi” MMC , “Saloğlu”firması, “Caspian Investment Company”,“AĞA şirkətlər qrupu”, “Gəncə-Tekstil”, “ATEF”şirkətlər qrupu (Bakı Transformatorlar zavodu), “Semsan”, “Gəncə Sənaye Bölgəsi”, “Agribioekotex”, “Göygöl Şərab-2”, “AGATT”, “Ağdam Pambıq”, “Şürvan Ticarət” ASC, “Azərquşçuluq”, “İNTER PAK”, “AKVA Fuad”, “AFRA LTD”, “Optima Az” və sairə şirkətlər.
Bununla belə, hazırlanmış biznes planlar ölkə üzrə 30 rayonun, Rusiya, Gürcüstan, Qazaxstan və Avropa dövlətlərinin sahibkarlarını əhatə etmişdir, bu sahibkarlar ilə bu gün də əlaqə mövcuddur.
Biznes planlar müxtəlif istiqamələrdə hazırlanmışdır:
Kənd təsərüfatının bütün sahələri, südün ilk emalı, konserv və mürəbbə istehsalı, taxıl saxlama və meyvə soyuducu ambarı, broler-quş, straus, heyvandarlıq kompleksləri, kökəltmə məntəqələri, bitkiçilik və balıqçılıq təsərrüfatının yaradılması;
Bazar,Ticarət və Biznes mərkəzlərinin Restoranlar, şadlıq evləri və kafe şəbəkələrinin yaradılması və istismarı;
Sənaye-neft tullantılarının emalı, antifriz, mebel istehsalı (fabriki) və polietilen boru zavodları,
Sahibkarların sənaye şəhərciyi, Maşınqayırma və dəzgahqayırma zavodlarının sağlamlaşdırılması;
qida sənayesi (biskivit, şirin süd, dondurma, çörək, şirniyyat) və araq, şərab, spirt, alkaqolsuz işkilər və içməli sular istehsalı zavodları;
Yüngül (tekstil və toxuculuq) sənaye, əl və maşın xalçaları istehsalı, nanotexnoloji məhsullar istehsalı və zavodunun qurulması;
Maşınqayırma (o cümlədən neft maşınqayırması) və elektroenergetika sahələrində sağlamlaşdırma tədbirləri biznes planları;
Nəqliyyat, refrijator və avtobus, xidməti,yük gəmisi və avtomobili ilə xidmətlər
Kabel TV, mobil telefonlar, avtomatlar və internet şəbəkələri,
Turizmin inkişafı (otel, biznes mərkəzlər, akvapark, kotteclər şəhərciyi) layihələrinin tərtibi;
Tikinti (hündür mərtəbəli binalar və biznes mərkəzlər) və tikinti malları istehsalı ( kərpic, plastik və taxta pəncərə və qapı, tamet, asfalt, güps, əhəng,fasad materialı və gəc istehsalı) və sairə.
Bu gün yeni sahələr və istiqamətlər üzrə biznes planlar yazılır. Biznes plan tərtibindən əvvəl təsərrüfatlara baxış keçirilir.Beləliklə,dünənki biznes planların tərtibat keyfiyyəti, dəqiqliyi və dizaynı artır.Beynəlxalq standartlar tətbiq edilir.
Biznes plan mağazasi:
Yuxarıda sadalanan hər bir sahə üzrə biznes plan nümunələri satılır.Təcrübəsi və vaxtı olan sahibkarlar və ya sahibkarlığa başlayanlar iş qurmaq istədikləri sahədə çox ucuz qiymətə və tez bir zamanda nümunəvi biznes planlar ala bilərlər.
Sahibkarlıq sahəsində gördükləri , rast gəldikləri , eşitdikləri , oxuduqları , öyrəndikləri, bildikləri bilgiləri geniş xalq kütləsi arasında yayan kitablar nəşri:
Baş ekspert I.Namazovun “Sahibkarlıq əlifbası”(Bakı,1999) və “Sahibkarın stolüstü kitabı” nəşr edilib ( ABŞ qrant vəsaiti, “Şərq-Qərb” nəşriyyatı,«AVRAASİYA PRESS», Bakı, 2006, s.208 ) sahibkarlar arasında yayılmışdır.Sahibkarla bu kitablar vasitəsi ilə ilk dəfə Azərbaycan dilində sahibkarlığın yaranması, əlifbası və yaşaması haqqında bilgilər əldə etmişlər. Şirkət 2010-2011-ci illərdə dövri olaraq yerli “Biznes tayms” qəzetində sahibkarlıq və kiçik müəssisələrin idarəedilməsi sahəsində məqalələrlə çıxış etmişdir.
Məsafəli elektron məsləhət xidmətləri:
Şirkət sahibkarlarlıq üzrə ixtisaslaşmış vebsəhifə yaratmış və 2010-cu ildən başlayaraq yeni elektron məsafəli məsləhət xidməti təşkil etmişdir. Belə ki, vebsayt əsasında ölkənin bütün rayonlarının fermerlərinə və sahibkarlarına təmənasız olaraq elektron məsafəli məsləhət verilir və sənəd nümunələri göndərilir.Xidmət pulsuzdur.
Şirkət qeydiyyatı və uçotu üzrə xidmətlər:
Bu müddətdə SME mütəxəssisləri tərəfindən respublikada 100-dən çox müəssisə təsis edilmiş, onların vergi , statistika, DMSSF-larında ucotunu həyata keşirilmişdir. Təsis sənədləri hazırlanır və “vahid pəncərə” qeydiyyatına sahibkar gedir.
Əməkdaşlıq fəaliyyəti:
Fəaliyət göstərdiyimiz 25 ildə təcrübəli və tanınmış auditorlar, proqramistlər, biznes qiymətləndiricilər, avadanlıq və investor axtaranlar, tikiləsi obyektləri layihələndirilənlər, biznes kurs-tədris mərkəzləri, banklar və investisiya fondları ilə əməkdaşlıq yaradılmışdır. Şirkət bu gün 500 ədəddən çox biznes qurumları ilə işgüzar əlaqə saxlayır.
İnvestor (investisiya) və avadanlıq axtaran sahibkarlara kömək xidməti:
SME Biznes plan yazmaqla işini bitmiş hesab etmir.Sahibkara investor, bank və lazım olacaq avadanlıq tapmaqda kömək edir.Bu məqsədlə də yerli fondlar, Avropa Yenidənqurma və İnkişaf bankı, BƏƏ-nin İnvestisiya Şirkəti və Baltikums Bank AS ilə işgüzar əlaqələr qurulmuşdur.Müxtəlif istiqamətli şirkətlər ilə əməkdaşlıq müqaviləsi bağlanılmışdır.
Müşahidələr görsətmişdir ki, son zamanlar bütün banklar, investorlar və AR İİN yanındakı Sahibkarlığa Kömək Milli Fondu mütəxəssisləri biznes planda göstərilən avadanlıqların məhsuldarlığı, onların kimdən, hansi qiymətə və nə vaxt alınacağını, bu məsələ haqqında axtarışlar və danışıqlar aparılıb-aparılmadığı haqqında məlumatları soruşur, cox doğru olaraq, bilavasitə sifarişçi adına təkliflər alınıb-alınmadığını bilmək istəyirlər.Çünki, bu şərtlər və tələblər əsasında qiymətləndirilən və yazılan biznes planlar daha keçərli və həqiqətə yaxın olurlar.
Qiymətləndirmə xidməti:
SME Biznes plan yazmaqla bərbər, sahibkarlar üçün biznes qiymətləndirmə fəaliyyəti göstərir.SME Biznes plan yazmaqla bərbər , müqavilə partnyorları vasitəsi ilə sahibkarlar auditor cəlb edir.
Treninq və seminarlar təşkili üzrə xidmətlər.
Bundan başqa, şirkətin ekspertləri (N.Namazov və N.İbrahimov) Azərbaycan Hökuməti Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Özəlləşdirmədən Sonra Müəssisələrin Fəaliyyətinin Dəstəklənməsi Tədbirlərinin Həyata Keçirilməsi Layihəsinində qrup rəhbəri və icraşı kimi Azərbaycanın bütün iqtisadi bölgəlrində cahibkarlar ilə görüşlər keçirmiş, müqavilələlin ekspertizasını, marketinq, sorğular və SWOT təhlillər aparmış, menecment və keyfiyyət, kredit və investisiyların cəlb edilməsi, biznes-planlaşdırma üzrə treninqlər təşkil etmişdir.
Marketinq xidmətləri:
SME tərəfindən biznesin idarəedilməsi və təşkili sahəsində xidmətlər göstərilir və marketiq tədqiqatları və bazar araşdırmaları aparılır.
YENİ XİDMƏTLƏR
SME biznes plan tərtib etməklə kifayətlənməyərək sifarişçinin ideyasına uyğun gələn obyekt üzrə baş planın nümunəsinin və tələb olunan avadanlıqların (məhsuldarlıq, qiymət və digər texniki göstəricilər) axtarıb tapılması, kompleksin tələb etdiyi tikintilər üzrə tələbatları və şərtləri, obyektlər arasında olacaq qoruyucu zoogigiyenik, zooveterinar və ekoloji məhdudiyyət məsafələri haqqında məlumatları əks etdirən xidmətlər təklif edir.
Sifarişçi adından elektron vasitələrlə satıcı təşkilat ilə yazışmalar edir, danışıqlar və məsləhətləşmələr aparılır. Alınası avadanlıqlar üzrə şəkil, texnoloji sxem və texniki göstəricilər əldə edilir, tikiləsi obyektlərin üzrə layihə nümunəsi axtarılıb tapılır və istifadə üçün Sizə verilir.
SME Biznes planın əlavələrinə qoyulan və ya gələcəkdə istifadə ediləcək, özü də birbaşa sifarışçi adına olan təklif, məsləhətli sxem və layihələr əldə edir.Tapılan avadanlıqların sifarişi, alınması və gətirilməsi üzrə sahibkara bilavasitə kömək edir.
Bu xidmətlərin qiymətləri danışıq yolu ilə müəyyən olunur və biznes planların qiymətinə şamil edilmir.
Tərtib olunan biznes planlar həqiqətə yaxın olmalıdır ki, onun nəticələri Sizi və bankı razı salsın. Sahibkarın Məsləhət Evi biznes plan tərtib edəndə bu tələbata əməl edir.
Məqsədimiz: Azərbaycan Respublikasında sahibkarlığın yaranması,yaşaması və inkişafı.
İstəyimiz: ölkəmizin çiçəklənməsi, sahibkarın bizi eşitməsi və onun üçün tərtib etdiyimiz planlara əməl etməsi yolu ilə müvəffəqiyyət, hörmət,imidj və maddi vəsait qazanaraq bizim əməyin qiymətləndirilməsidir.
Göstərdiyimiz xidmətlər:
Biznes–planlar
Hazır biznes-planlar mağazası
Biznes kreditlər və məsləhət
Firma açılması və uçotu
Müqavilələr və təsis sənədləri
Qiymətləndirmə və Marketinq
Tender və sənədlər
Qrant, Layihə və QHT
İnformasiya və resurs
Sahibkarlıq üçün kitab və broşur yazmaq
Avadanlıqların tapılması