Azərbaycan Respublikası Auditorlar Palatası Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” 1994-cü il 16 sentyabr tarixli 882 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisində auditor xidmə-tinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır.
Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası 2003-cü il noyabr 14-də Beynəlxalq Mühasiblər Federasiyasına (İFAC) assosativ üzv qəbul edilmişdir.2007- ci il mayın 22-də Azərbaycan Respublikası Auditorlar Palatasının təklifləri əsasında hazırlanmış “Auditorun mülki məsuliyyətinin icbari siğortası haqqında” Azərbaycan Respublkasının Qanunu qəbul edilmişdir.2008-ci il noyabr 13—də isə Beynəlxalq Muhasiblər Federasiyasının (İFAC) İtaliyanın Roma şəhərində kecirilən illik Şura iclasında Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasına tam hüquqlu üzv qəbul olunmuşdur