Bakı Səyahətlər və Ekskursiyalar Bürosu xəritədə

Bakı Səyahətlər və Ekskursiyalar Bürosu

Bakı, Səbail rayonu, Sabir küçəsi, 7 AZ1000 *** 2 səs

Bakı Səyahətlər və Ekskursiyalar Bürosu haqqında

Əsası 1955-ci ildə qoyulmuş Bakı Səyahət və Ekskursiyalar Bürosu hazırda Azərbaycanda ən böyük turist agentliklərindən biridir. Şəhərin əlverişli yerində-tarixi mərkəz olan İçəri şəhərdə yaxşı təchiz olunmuş ofisdə yerləşən Büro geniş spektrdə turist xidmətləri təklif edir: xarici qonaqların qəbulu, Azərbaycandan kənarda və daxildə səyahətlərin təşkili, xaricdə müalicənin təşkili və xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil. Yeni açılmış turist marşrutlarının əksəriyyətinin inkişaf başlanğıcında Bakı Səyahət və Ekskursiyalar Bürosu durur. Çoxillik iş təcrübəsi, etibarlı tərəf -müqabillərinin olması, müştərilərlə işdə düzgünlük və dəqiqlik hər vaxt yüksək keyfiyyəti və təklif edilən turist xidmətlərinin böyük müxtəlifliyini təmin edir.

Bakı Səyahət və Ekskursiyalar Bürosu təklif etdiyi xidmətlər

  • Azərbaycan Respublikasına gələn xarici qonaqlara və Azərbaycandan xaricə gedən vətəndaşlara viza yardımı;
  • Aeroportda qarşılama və yola salma;
  • Nəqliyyat xidmətləri;
  • Azərbaycanın mehmanxanaları və istirahət zonalarında yerləşdirmə;
  • Dünyanın istənilən nöqtəsində istənilən kateqoriyada mehmanxanaların əvvəlcədən sifariş edilməsi;
  • Dünyanın istənilən ölkəsində səyahət və istirahətin təşkili;
  • İstənilən istiqamətdə aviabiletlərin əldə edilməsi;
  • Bələdçi və tərcüməçi xidmətləri;
  • Avtomobillərin icarə edilməsi;
  • Xarici klinikalarda müalicənin təşkili;
  • Nüfuzlu xarici ali məktəblərdə tələbələrin təhcilinin təşkili;