Terrace Quba xəritədə

Terrace Quba

Quba AZ4000 *** 0 səs

Terrace Quba haqqında

«Terrace Guba» oteli 2007 -ci ildə Azərbaycanın turistik və tarixi mərkəzlərindən biri -Quba şəhərində «Patio» üslubunda tiklib. Qubanın Qəçrəş meşəsi tərəfə çıxışında, villalar arasında yerləşən otel mərkəzi istilik sistemi, sputnik TV, İnternetlə təchiz edilib və nömrələrə bölünüb: standart - (standard double twin, separate), p/lüks -(deluxe), lüks 3 otaqlı - (apartment). Hər birinin açıq hovuzlu terrasa ayrıca çıxışı olan rahat otaqlar, hər şey yüksək səviyyədə -yataq ləvazimatlarından müasir mebele qədər. Terrasdan əla mənzərə açılır. «Terrace Guba» dostlar, kolleqalar və ya ailəvi istirahət üçün ideal məkandır.

Terrace Guba İstirahət mərkəzi

İşi istirahətlə birləşdirmək istəyənlər üçün konfrans zalları və İnterneti olan biznes otaqlar mövcuddur. Otelin qonaqları asudə vaxtlarını stolüstü və ya kompüter oyunları, bilyard oynayaraq keçirə bilərlər, oxumağı sevənlər üçün "KARAOKE" var. Piknik, ov, görməli yerləri gəzmək otel tərəfindən təşkil olunur və aktiv istirahəti sevənlər üçün əla şərait yaradır. Otelin mətbəxi milli və avropa yeməklərinin geniş çeşidləri ilə zəngindir, meyvəli və qənnadı desertlərdən "Kinobarda" kabel televiziyasının verilişlərinə baxaraq dadmaq olar. Planlaşdırılmış və planlaşdırılmamış istirahət problemsizdir -bu otelimizin devizidir.