Təmas xəritədə

Təmas

Bakı, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi, 5 AZ1000 *** 0 səs

Təmas haqqında

Azərbaycanda "Saeco" İtalya firmasının ticarət avadanlıqlarının rəsmi distribyutoru və idxalçısı “Temac” LTD şirkətidir. Artıq bir neçə ildir ki, İtalyan markası espresso kofe maşınlarının istehsalı və satışı ilə məşğuldur. Belə ki, 1985 – ci ildə firma tam avtomatlaşdırılmış espresso kofe maşınlarını öz yeni ixtirası kimi patentləşdirmişdir. O vaxtdan bəri, artıq bir neçə onillikdir ki, “Saeco” bu unikal apparatların istehsalından başqa, eyni zamanda bütün dünya dövlətlərində onların satışı ilə yanaşı təkmilləşdirilməsi ilə məşğuldur. Bu gün bu marka avtomatik kofe maşın bazarında liderdir. Praktiki olaraq bütün dövlətlərdə firmanın nümayəndəlikləri fəaliyyət göstərir (Şimal – Cənubi Amerika dövlətləri, Yaponiya, Yaxın avropa dövlətləri). “Temas” LTD şirkəti professional kofemaşınların, “Saeco” firmasının ticarət avtomatlarının satışı ilə məşğuldur və satılan məhsulların zəmanət və zəmanətdən sonrakı xidmətlərini həyata keçirir. Təklif olunan ticarət avtomatları bir çox üstünlüklərə malikdir, bu üstünlüklərdən ən əsasını göstərmək lazımdır ki, patentləşdirilmiş avadanlıqlar və orijinal mikser markalarının yardımı ilə dadlı və yüksək keyfiyyətli içkilərin hazırlanması. “Saeco” istehsalı olan ticarət avtomatları etibarlılıq, çox funksionallılıq, sadə və asan istifadə, müasir rəng dizaynı, kobud davranışa dözümlülük ifadə edir və taxıldan dadlı keyfiyyətli kofeni Sizə bəxş etməyə imkan verir!