Təbiət Dostları Gənclər Təşkilatı xəritədə

Təbiət Dostları Gənclər Təşkilatı

Bakı AZ1000 *** 1 səs

Təbiət Dostları Gənclər Təşkilatı haqqında

2008-ci ilin sentyabr ayında bir qrup gənc tərəfindən yaradılıb. İlkin fəaliyyətlərini Yaşıl Velosipedçilər Klubu olaraq həyata keçirən yaşıllar inkişafının növbəti mərhələsini “Təbiət Dostları” adı altında davam etməyi qərara aldı. Belə ki, üzvlərin səs çoxluğu ilə təşkilatın adı “Təbiət Dostları” adlandırıldı. Eyni zamanda digər ekoloji fəaliyyətlər müxtəlif Klublar adı altında fəaliyyətlərini davam etdilər. Missiyamız ölkədə ekoloji maariflənmə sahəsində fəaliyyətləri gücləndirmək və ictimayətin fəal iştirakı ilə qlobal ekoloji problemlərin lokal olaraq həllinə çalışmaqdır.

Qarşıya qoyulan vəzifələr

  • Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən özəlliklə dövlət, qeyri-dövlət, media və biznes strukturlarının nümayəndələri, həmçinin tələbələrin fəal iştirakı ilə insanları ətraf mühitə qarşı məsuliyyətli yanaşmağa çağırmaq.
  • Azərbaycanda ekoloji nəqliyyat vasitələri (velosiped, tramvay və s.) üçün yolların salınması, zavodların inşasına və inkişafına nail olmaq.
  • Azərbaycanda alternativ enerji mənbələrinin (günəş, külək və s.) inkişaf etdirilməsinə, hətta lazım olan avadanlıqların ölkədə hazırlanmasına və geniş tədbiqinə nail olmaq.

Fəaliyyət istiqamətləri

  • maarifləndirici seminarlar, dəyirmi masalar, konfranslar və s. təşkili
  • ekoloji tədiqat layihələlərin təşkili
  • ekoloji aksiyaların təşkili
  • ekoloji məlumatların araşdırılması və yayılmasının təşkili
  • ekoloji qiymətləndirmə və monitorinqlərin aparılması
  • ekoturistik tədbirlərin təşkili
  • ekofototurların təşkilİ