TCS təlim və konsultasiya xidmətləri xəritədə

TCS təlim və konsultasiya xidmətləri

Bakı, Yasamal rayonu, Haqverdiyev küçəsi, 574 AZ1000 *** 2 səs

TCS təlim və konsultasiya xidmətləri haqqında

TCS (Training & Consulting Services) 2007-ci ildən bəri - İSO 9001 və İSO 29990 standartının tələblərinə uyğun olaraq yerli və beynəlxalq bazarda dövlət və özəl şirkətlərə peşəkar xidmətlər və ekspert təqdimatı ilə məşğul olan beynəlxalq təşkilatdır.

TCS missiyası

Bizim niyyətimiz daim keyfiyyətli treninq və konsaltinq xidmətləri təklif etməklə, müştərilərimizin böyük inam və etimadını qazanaraq bu sahədə lider kimi tanınıb qəbul olunmaqdır. Bizim missiyamız problemin həlli yolunun tapılması və icraatı , biliklərin yaradılması və onların müştəri və işçilərimizlə paylaşılmasında əhəmiyyətli rol oynamaqdan ibarətdir.

Biz müştərilərimizlə möhkəm əlaqələri dörd fundamental dəyərlərə əsaslanaraq qururuq:

Dürüstlük:
Biz biznes fəaliyyətimizi peşəkar səviyyədə aparacağıq və bu, bizim özümüzdə və biznesimizdə özünü bariz şəkildə göstərəcək. Biz müştərini onun özünəməxsus vəziyyətinə əsaslanaraq etibarlı, real və düzgün həlletmələrlə təmin edəcəyik. Bizim komanda əxlaqlı və mənəviyyatlı konsultant və təlimatçılardan ibarətdir.

Bilik:
Bizim üçün bilik komandamızın peşəkar təhsili, müştərilərimizə gərəkli və məntiqli dəyişikliklərin çətin prosesində məsləhət vermək, yol göstərmək və irəliyə aparmaq üçün zəruri olan texniki və analitik imkanlar verən digər mədəniyyətlərdən xəbərdar olmaq və təcrübi bacarıqlar deməkdir.

Üstünlük:
Biz qarşımıza, göstərdiyimiz xidmətin bütün aspektlərində üstünlüyə nail olmaq öhdəliyini qoymuşuq. Biz müştərilərimizi düşünürük, bizimlə biznes əlaqələri qurmaq asandır, biz müştərilərimizin tələblərini dinləyir və bu tələblərə cavab veririk. Biz hətta layihə bitəndən sonra belə müştərilərimizlə davamlı əlaqənin faydalı olduğuna inanırıq, çünki biz əsas diqqətimizi təkcə layihənin deyil, eləcə də bütün biznesin məhsuldarlığına yönəldirik. Biz, icraat və hesabat vermədə dayanıqlı üstünlüyə nail olmaq öhdəliyini qarşımıza məqsəd qoymuşuq.Peşəkar, texniki, inzibati və yardımçı işçi heyyətinin davamlı inkişafına nail olmaq üçün rəhbərlik müvafiq şəkildə standartları artırmaq üzərində çalışacaq.

Mədəniyyət:
Uğurun əsası komanda üzvlərimizdən qaynaqlanır və komanda olaraq çalışmaq bizimçün həmişə olduğundan daha çox əhəmiyyət daşıyır. Bununla biz təşkilatımız daxilində birgə fəaliyyət göstərməyi, tələb olunduqda digər konsultantlarla əməkdaşlıq etməyi və müştəriləri komanda işimizə cəlb etməklə maksimal fayda verməyi nəzərdə tuturuq. Biz inanırıq ki, komandanın hər bir üzvü fərqlilik yaradır və bu üstünlük özü də üstünlük gətirir. Biz bir-birimizin qayğısına qalırıq. Biz, ən düzgün həll yolları tapmaq üçün bizim mütəxəssislərin yenilikçi ideya, fikir və perspektivlərinin formalaşmasına xidmət edən münbit bir mühit yaradırıq. Biz bütün işçilərimizin inkişaf etmələrinə yardım edir və onlara cəsarət tələb edən və mənalı iş imkanları verilməsinə çalışırıq.