Tandem haqqında
TANDEM – Müştəri Xidmətinin qurulması və inkişafı sahəsində, Azərbaycanda dolğun və geniş spektrli xidmət göstərən ilk və yeganə şirkətdir!
Əgər müştəriləriniz:Sizə zəng edir, lakin düşə bilmirlərs; Keyfiyyətsiz xidmətdən şikayət edirlərsə;Sizin xidmətlərdən daha istifadə etmirlərsə
Əgər Siz:Yeni müştəriləri cəlb etməyin, köhnələri isə saxlamağın yollarını bilmirsinizsə; Əlaqə mərkəzinin statistik göstəricilərindən xəbərsizsinizsə; Əməkdaşları həvəsləndirmək və kadrların əks-axınının qarşısını almaq istəyirsinizsə; Müştəri ilə əks əlaqə qurmaq haqda düşünürsünüzsə
Əgər işçiləriniz:
- Keyfiyyətli xidmət göstərməyi bacarmırsa
- Satışda səriştəsizdirlərsə
- Stress şəraitində işləyə bilmirlərsə.
- Münaqişələri həll edə bilmir və çətin müştərilərlə yola getmirlərsə.
Deməli şirkətinizdə Keyfiyyətli Müştəri Xidmtətini yaratmağın tam zamanıdır!Tandem – Müştəri Xidmtətinin qurulması və inkişafı sahəsində, Azərbaycanda dolğun və geniş spektrli xidmət göstərən ilk və yeganə şirkətdir!Biz aşağıdakıların necə təşkil olunacağını bilirik:
Çağrı mərkəzi:
- Şirkətin müştəriləri üçün vahid məlumat mərkəzinin yaradılması.
- Daxil olan zənglərin, yüksək keyfiyyət və optimal müddətdə, operatorlar tərəfindən cavablandırılması.
Telefonla satış və tele-marketinq:
- Yeni müştərilərin axtarılması.
- Daimi müştərilərin yeni aksiya, xidmət və endirimlər haqda məlumatlandırılması.
- Marketinq araşdırmaları (istehlakçı profilinin müəyyənləşdirilməsi üçün telefon sorğuları, rəqabət mühitinin öyrənilməsi, reklamın təsirliyinin ölçülməsi, müştəri loyallığı və razılığının qiymətləndirilməsi).
Online Müştəri Xidmətləri:
- Video
- Çat
- Sosial şəbəkələrdə əlaqələr
Bütün bunlar Sizə nə qazandıracaq?
- Müştəri bazasının çoxaldılması, yeni müştərilərin sayının artırılması.
- Şikayətlərin ən çox olduğu sahələrdə, şikayətlərin sayının azaldılması.
- Çoxsaylı şikayətlərin həll edilməsi.
- Kadrların əks-axını qarşısının alınması.
- Personal işinin,proses və servislərin avtomatlaşdırılması.
- Personalın iş keyfiyyətinə nəzarətin təmin olunması.
- Xidmət keyfiyyətinin artırılması ilə müştərilərin loyallığının qazanılması.
- Şirkətin 24/7 müştərinin xidmətində olması.
- Daxil olan zənglərin işlənilmə keyfiyyətinin artırılması.
- Hər bir müştəri üzrə qarşılıqlı münasibət tarixçəsinin qorunub saxlanılması.
- Birmənalı olmayan vəziyyətlərdən çıxış yolunun tapılması, danışıqların yazılması.
- Spesifik hadisələrə nəzarət: buraxılmış zənglər, cavabın uzun müddət gözlədilməsi, müraciət sıxlığı, uzanan zənglər və s.
Sadə inzibatçılıq (sənədlər və keyfiyyətli texniki dəstək).
- Yalnız müsbət cavablara kökləyən mexanizmlərin qurulması.
- Aktual məlumatların axtarılması müddətinin azaldılması.
- Rəqiblərin fonunda seçilmək.
Beləliklə, Siz müştəri xidmətlərində biznes-prosesləri rasional qaydada təşkil etmək, ya da yaxşılaşdırmaq istəyirsinizsə, əminliklə bizə müraciət edin!
Keyfiyyətli Müştəri Xidmtətini bizimlə TANDEM-də qurun!