Tac Trans xəritədə

Tac Trans

Bakı, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 64/66 AZ1141 *** 1 səs

Tac Trans haqqında

2005-ci ildən fəaliyyətə başlayan “Tac Trans” şirkəti ölkə daxili və beynəlxalq yük daşımalarını təşkil edir. "Tac Trans” şirkəti göstərdiyi keyfiyyətli xidmət və operativliyin təcəssümü olaraq qısa müddət ərzində bazarda qabaqcıl yerlərdən birini tutmaqdadır. Fəaliyyət dövrü ərzində “Tac Trans” şirkəti bir sıra yerli və xarici firmalara yük daşıma xidməti göstərmişdir. Şirkətimizin keyfiyyətli xidmətindən yararlanan şirkətlər sırasından (şirkətlərin adları) firmalarını göstərmək olar. “Tac Trans" şirkəti təkcə ölkə daxili deyil - Avropa birliyi, MDB, Yaxın şərq, Türkiyə, İran, BƏƏ, Çin və s. ölkələr üzrə də yüklərin daşınmasını təşkil edir. Yüklərin optimal marşrutla, tam təhlükəsiz və müştərilərin birbaşa (on-line) nəzarəti altında daşınma izləmə imkanlarını da yaradır. “Tac Trans” şirkəti yük daşınmasında kompleks xidmət təklif edərək yüklərin avtomobil (TİR), dəmir yolu, gəmi (dəniz vasitəsi ilə) daşınma vasitələri ilə hayata keçirir. Müştərilərimiz üçün yük daşıma işini daha da asandlaşdırmaq məqsədi ilə “Tac Trans” şirkəti beynəlxalq və ölkədaxili ekspeditor xidəmtləri, idxal-ixrac mallarının gömrük rəsmiləşdirilməsinə dair məsələlərin həllini də öz üzərinə götürür. Texnologiyanın son nəaliyyətlərindən maksimal dərəcədə istifadə edən "Tac Trans" şirkəti hər bir yük daşıyıcısına GPS avadanlığı quraşdıraraq yük daşımalarını tam nəzarətdə saxlayır. Müştərilər isə öz növbəsində www.tactrans.az saytı üzərindən daxil olaraq yükləri birbaşa (on-line) rejimdə hərəkət marşrutunu, yüklərin hal hazırda harda olduğunu, yük daşıyıcılarının hansı sürətlə hərəkət etidyi haqqında dolğun məlumatları izləmə imkanı alır. "Tac Trans" şirkəti işlərin dəqiq təşkili, işçilərin yüksək peşəkar səviyyəsi müştərilərimizin istənilən forma, həcm və çəkidə yüklərinin daşınmasını təmin etməyə, habelə daşınmanın operativ, vaxtlı-vaxtında aparılmasına, yüklərin təhlükəsizliyini və qorunmasını, eləcə də daşıma və yükləmənin bütün mərhələlərində izlənməsinə zəmanət verir. Şirkətimizin missiyası inkişafı və optimal logistik həlləri təklif etmək və ölkəmizdə yük daşıma bazarının formalaşmasında və inkişafında öz töhfəsini verməkdir. Məqsədimiz sadəcə yüklərin daşınmasından deyil, müştərilərimizə kompleks xidmət göstərərək onların daşımaçılıq sahəsində üzləşdiyi problemlərin həll edərək, keyfiyyətli, etibarli, operativ xidmətlər verməkdir.