SW Travel xəritədə

SW Travel

Bakı, Səbail rayonu, Nizami küçəsi, 126 AZ1000 *** 2 səs

SW Travel haqqında

“SilkWay Travel” şirkəti 2008-ci ildə fəaliyyətə başlamışdır və hal-hazırda Milli aviadaşıyıcı olan “Azərbaycan Hava Yolları” QSC-nin eksklüziv agentidir. Azərbaycana reyslər yerinə yetirən bütün aviaşirkətlərlə agent müqaviləsi bağlamış “SilkWay Travel” hava daşımaları satışının təşkili sahəsində aparıcı mövqelərə malikdir. Bundan əlavə, “SilkWay Travel” şirkətinin həm Azərbaycanda, həm də başqa ölkələrdə öz nümayəndəlikləri və satış məntəqələri var.

SilkWay Travel şirkətinin fəaliyyəti

Şirkətin fəaliyyəti beynəlxalq sərgilərdə bir çox diplomlara layiq görülmüşdür. Hər il “SilkWay Travel” 10-15 min turistin xaricə səfərini təşkil edir və, təbii ki, xaricdən bir o qədər qonaq qəbul edir. Bununla da şirkət təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi və aeroporta çatdırma, viza dəstəyi, alpinizm, sağlamlaşdırıcı turizm, ovçuluq və balıqçılıq da daxil olmaqla, müxtəlif istirahət növləri üzrə turpaketlərinin formalaşdırılmasını öz üzərinə götürür. Onlayn sistemlərdən istifadə edən “SilkWay Travel” Azərbaycan üzrə turist marşrutları paketini formalaşdıraraq, bu gün turizm operatoru kimi fəaliyyət göstərir. Başqa şirkətlərin də turizm məhsulları cəlb olunaraq, onların dünya bazarına çıxışına şərait yaradılır.

Şirkətin xidmətləri

“SilkWay Travel”in mənimsədiyi onlayn bronlaşdırma və turizm xidmətlərinin göstərilməsi üzrə texnologiyalara əsasən, şirkətin müştəriləri İnternet vasitəsilə onları ən çox maraqlandıran marşrutu seçə, otel, təyyarə reysi sifariş edə, avtomobil icarəyə götürə və s. edə bilərlər. Həmçinin qeyd etmək lazımdır ki, bu xidmətlərin siyahısı durmadan artmaqdadır. Hal-hazırda “SilkWay Travel” şirkəti müştərilərinə həm Avstriya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə, İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə klassik turlar, həm də Bali adası, Keniya. Sentoza, Mavriki, Qoa kimi ekzotik yerlərə səfərlər təklif etməyə hazırdır. Macarıstan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Çexiyanın sanatoriya və kurortları “SilkWay Travel” şirkətinin müştəriləri tərəfindən xüsusi rəğbətlə qarşılanır.

Azərbaycana səfər edən qonaqlara isə Bakı və Abşeronun tarixi abidələrini, Şəki saraylarını, Şabran qalasını, Naxçıvanın türbə və pirlərini, Quba bağlarını, Qəbələnin dağ və dərələrini, Lənkəranın əsrarəngiz meşələrini göstərməyə hazırıq. Ən əsası odur ki, insanların səyahət etmək arzusu tükənməzdir. Yeni şeylər öyrənmək həvəsi sonsuzdur. Başqa mədəniyyətlərlə tanışlıq, bir-birinə açıqlıq və canlı ünsiyyət, güclü təəssüratlar, unudulmaz rəng, dad, ətir duyğuları və emosiyalar seli – müştərilərin istənilən arzusunu nəzərə alan “SilkWay Travel” şirkəti bütün bunları təqdim etməyə hazırdır.