“SuperMarket №1” – Azərbaycanda yüksək inkişaf potensialina malik, premium klass səviyyəsinə aid olan supermarketlər şəbəkəsidir. Supermarketlərimizdə olan 67 000 addan yuxarı çeşid dünyanın bir çox yerlərindən gətirilib təzə və keyfiyyətli halda sizlərə təqdim edilir. ”SuperMarket №1” Supermarketlər Şəbəkəsi həm yerli həmdə xarici məhsulların satışını həyata keçirir. Burada keyfiyyəti, ekoloji təmiz tərkibi, saxlanma müddəti və s. ilə seçilən məhsullar yer almışdır. 67 mindən çox yüksək keyfiyyətli qida məhsulları meyvə və tərəvəz, ət və süd məhsulları, un məmulatları, spirtli və spirtsiz içkilər, delikateslər, həmçinin qeyri-qida və kiçik ev alətlərindən ibarət olan “ SuperMarket №1” assortimentləri geniş seçimə üstünlük verən və keyfiyyətdən əmin olmaq istəyən müştərilər üçün nəzərdə tutulub.
SuperMarket №1 supermarketlər şəbəkəsi olaraq bizim əsas vəzifəmiz müştəriləri sağlam və keyfiyyətli məhsullarla təmin etməkdir.İstehlakçıların təhlükəsizliyi üçün gigiyenik qaydalara riayət olunur. Bunun üçün bir sıra təhlükəsizlik tədbirləri həyata keçirilir. Çünki müştərilərin məmnuniyyətini təmin etmək, onların davamlı olaraq artan ehtiyaclarını qarşılamaq qarşımıza qoyduğumuz əsas məqsəddir. İşçilərin bilik səviyyəsini artırmaq üçün təşkil olunan təlim və seminarlar keyfiyyət siyasətimizin əsaslarından biridir. Məhsulların saxlanması və satışı zamanı temperaturun düzgün tənzimlənməsi böyük önəm daşıyır. Anbarların, soyuducuların və rəflərin temperaturun tələblərə uyğunluğu yoxlanılır. Keyfiyyət siyasətini təşkil edən təhlükəsizlik tədbirlərindən bir də istifadə tarixinin yoxlanışıdır. Satışda olan hər bir məhsulun istifadə tarixi müntəzəm olaraq yoxlanılır və istifadə müddəti sona çatan məhsullar satışdan götürülür.