Sultan Saba Spa club xəritədə

Sultan Saba Spa club

Bakı, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 73F AZ1000 *** 1 səs

Sultan Saba Spa club haqqında

Bir anlıq özünüzü dağ şəlaləsinin yamacında hiss edin, yüngül meh yavaşca saçlarınızı oxşayır,zərif səhər şehi isə zərif üzünüzə, əllərinizə, ayaqlarınıza təravət bəxş edir.Sultan Saba Spa-Club-nu yaradarkən biz təbiətin balansından, sehrli mərasimlərdən və mükəmməlliyin xüsusi prinsiplərindən ilham almışıq. Sultan Saba Spa-Club bədənin və ruhun tam ahənginə nail olacağınız, istəklərinizi dinləyə biləcəyiniz və böyük şəhərin səs-küyündən dincələ biləcəyiniz xüsusi bir dünyadır.

Sultan Saba Spa Club-un fəaliyyəti

Sizin qayğınıza qalaraq, biz üz və bədən dərisinə qulluq üçün ən yaxşı SPA prosedurlarını seçmişik. Sakitlik və rahatlıq hissi Sultan Saba Spa-Club-da keçirəcəyiniz vaxt ərzində Sizi müşaiyət edəcək. Sehrli - canlandırıcı prosedurlar Sizə daxili rahatlatlıq bəxş etməklə yanaşı, fəal həyat tərzi üçün özünüzdə güc tapmağınıza da kömək edəcəkdir. Məftunedici məkan, suyun rahatladan səsi, cazibədar musiqi, sayrışan şamlar təkrarolunmaz ecazkar ərəb dünyası mühitini yaradacaq, sultanlara layiq təmtəraq isə həssas daxili aləmin xüsusi gözəlliyinə daldıracaqdır.Və əsas məsələni unutmayın, ahəng müyəssər, bütün problemlər isə həll olunandır...

Xidmətlərimiz

  • Gold təklif : fitnes-studiya, hovuz, istirahət sahəsi, sauna, hamam, həmçinin Fit&Fun qrupunun bütün proqramları.
  • Fit&Fun təklifi : bütün qrup dərslərinə daxil olmaq, aerobika, akvaaerobika, pilates, Zumba rəqsıari, şərqi oriental rəqsi həmçinin bütün bədənin məşqi.
  • Gold təklif : fitnes-studiya, hovuz, istirahət sahəsi, sauna, hamam, həmçinin Fit&Fun qrupunun bütün proqramları.