STEM Təhsil Mərkəzi xəritədə

STEM Təhsil Mərkəzi

Bakı, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 507/511B AZ1000 *** 3 səs

STEM Təhsil Mərkəzi haqqında

STEM Təhsil Mərkəzi STEM fənlərini və əyləncəni birləşdirir. Bizim xüsusi dizayn edilmiş Elm, Mühəndislik və Texnologiya sinif otaqlarımız var. Biz 4-14 uşaqlar üçün dərslər, düşərgələr, klublar və şənliklər vasitəsi ilə elmi, texnologiyanı, mühəndisliyi və riyaziyyatı (STEM) əyləncəli və həvəsləndirici şəkildə öyrədirik. Biz praktiki öyrənmə vasitəsilə mühəndislik konsepsiyasının tədrisinə təbii maraq yaratmaq üçün uşaqları ilhamlandırmaqdan fəxr edirik.

STEM Təhsil Mərkəzi rəsmən məşhur Amerika təhsil markasının hüquqlarına sahib olan Azərbaycan Uşaqları üçün Mühəndislik layihəsidir. Bu məşhur təhsil mütəxəssisi Dori Robertsin ideyasıdır. Geniş riyaziyyat və texnologiya biliyinə malik olmaqla Roberts məktəbin 11-ci sinif şagirdləri üçün mühəndislik fənni tədris etmişdi. Müəllimlik karyerası ərzində o, riyaziyyat, elm və mühəndislik proqramlarına böyük ehtiyac olduğunu müşahidə etmişdi.

STEM təhsil metodu

  • STEM təhsil metodu tələbələrə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
  • STEM kurrikulumu fənlərarası, praktik və tətbiqi dəsrlərdən ibarətdir.
  • STEM dörd fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir.Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşqələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını tələbələrə göstərir. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyatın birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdılar.
  • STEM-in praktikliyi və problemlər üzrə öyrənmə xüsusiyyəti fənlərarası və tətbiqi yanaşmadır. Bu yanaşma tələbələrə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır.
  • STEM fənləri tələbələrə hansı peşə seçmələrindən asılı olmayaraq, onları həyata hazırlayır. Bu fənlər tələbələrə rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan tənqidi düşüncə və problem həlli vərdişlərini öyrədir. Bizim STEM dərslərimiz həm də əyləncəli proqramlar ilə zəngindir.