Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu xəritədə

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 80 AZ1122 *** 1 səs

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

Fond, onun Naxçıvan Muxtar Respublikasında müvafiq idarəsi, Azərbaycan Respublikasının rayon və şəhərlərində şöbələri ilə birlikdə Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortasının idarə edilməsinin sistemini təşkil edir.Fond öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli şəkildə həyata keçirir.Fondun və onun yerli orqanlarının məcburi dövlət sosial sığorta vəsaiti Fondun vahid sistemində cəmləşdirilir.Fond və onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürlərə, müvafiq ştamplara və blanklara malik olan hüquqi şəxslərdir.Fond Bakı şəhərində yerləşir.

Fondun fəaliyyəti

Fondun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən və vəzifədən azad edilən, Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan sədr rəhbərlik edir.Fondun strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Fondun strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.Fondun sədrinin Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Strukturu

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir.1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatı (şöbələr və sektorlar). 2. İri sığortaedənlərlə iş üzrə departament; 3. Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamenti; 4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti;