Azərbaycan Respublikası Dövlət Neft Fondu ARDNF xəritədə

Azərbaycan Respublikası Dövlət Neft Fondu ARDNF

Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 111A AZ1000 *** 1 səs

Azərbaycan Respublikası Dövlət Neft Fondu ARDNF haqqında

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) AR Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə təsis edilmişdir. Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti

Neft ilə zəngin olan ölkələrdə neft fondlarının, suveren sərvət fondlarının və yaxud digər bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Hazırda Neft Fondu institusional cəhətdən çox yüksək səviyyədə formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan bir quruma çevrilmişdir.

Bir sıra dünya dövlətlərində Neft Fondu ilə oxşar cəhətləri olan analoji fondlar fəaliyyət göstərməkdədir. Neft Fondu yaradılarkən bu fondların təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar nəzərə alınmış və neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan bir model seçilmişdir. Yaradıldığı gündən şəffaflıq Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən biridir. Neft Fondu institusional cəhətdən və şəffaflığın təmin edilməsi baxımından çox yüksək səviyyədə inkişaf etmiş, müasir standartlara cavab verən, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilmiş və Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlər əldə etmişdir.

Dövlət Neft Fondunun missiyası və məqsədləri

Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi, ümummilli əhəmiyyətli layihələrin birbaşa maliyyələşdirilməsi və təbii sərvətlərin birgə istimarına dair beynəlxalq statuslu müqavilələrdə təmsilçiliyi təmin edilməsindən ibarətdir.Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu uzunmüddətli neft strategiyası çərçivəsində xarici sərmayəçilərlə ölkəmizin neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan bir sıra sazişlər imzalanmışdır. Bu sazişlərin həyata keçirilməsi onlardan əldə edilən gəlirlərin səmərəli istifadə məsələsini gündəmə gətirmişdir. Məhz bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir.

Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondunun təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir.