4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi xəritədə

4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi

Bakı, 28 May küçəsi, Nəsimi rayonu, 7 AZ1014 *** 1 səs

4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi haqqında

Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti

Dövlət nəzarəti Xidmətin aparatı tərəfindən təsdiq edilmiş qrafik əsasında həyata keçirilir. Sahibkarlıq subyektlərində aparılan nəzarət işləri Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq Reyestrdə qeydiyyatdan keçdikdən sonra "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli fərmanının 6-cı bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş ərizə, şikayət və sorğuların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq həyata keçirilir. Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş ərizə, şikayət və sorğuların daxil olduğu gündən Xidmətin Ümumi sektorunun əməkdaşları tərəfindən qeydə alınır və rəhbərliyin dərkənarı əsasında icraçılara verilir. İcraatda olan sənədlərin bir ay müddətində və ya rəhbərlik tərəfindən müəyyən edilmiş vaxtda və obyektiv icra edilməsinə mütəmadi olaraq nəzarət edilir. Sənədin icrası başa çatdıqdan sonra araşdırmanın nəticəsi barədə vətəndaşlara qanunvericiliyə uyğun olaraq cavab məktubu göndərilir.