Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğmdan Mühafızə Xidməti yaradılmışdır.Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.
Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir.Xidmət yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edir, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını, həmçinin yanğın təhlükəsizliyi sahəsində idarəetməni, əlaqələndirməni və dövlət yanğın nəzarətini həyata keçirir. Dövlət Yanğın Nəzarəti Xidməti özünün fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir və qanunvericiliklə qadağan edilməyən digər istiqamətlərdə fəaliyyət göstərir.
Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında iştrak edərək bu sahədə idarəetməni, əlaqələndirilməni həyata keçirir.Dövlət Yanğın Nəzarəti Xidmətinin qarşısında duran vəzifələr xidmətin tabeliyində olan strukturlar tərəfindən icra olunur.Ölkə ərazisində yaşayış məntəqələrinin yanğından mühafizə və xilasetmə vasitələrinin istifadəyə hazırlıq vəziyyətinə nəzarət etmək Dövlət Yanğın Nəzarəti Xidmətinin vəzifələrinə daxildir.Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yanğın təhlükəsizliyi standartlarını,normalarını və qaydalarını pozan şəxslər barəsində tədbirlər görür.