Standard Oilfield Services- Weir-Sos xəritədə

Standard Oilfield Services- Weir-Sos

Bakı, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 15 AZ1029 *** 0 səs

Standard Oilfield Services- Weir-Sos haqqında

2001 – ci ilin Yanvar ayında təsis olunmuş "Standard Oilfield Services Ltd." şirkəti neft – qaz sənayesində xidmətlərin göstərilməsi üzrə ixtisaslaşdırılmışdır. Şirkətin bütün lazımi avadanlıqlar ilə təchiz olunmuş şəxsi təmir sexləri vardır ki, bu sexlər Xəzər regionunun müasir sənaye tələblərinə cavab verir. "Standard Oilfield Services Ltd." Müştərilərinə onların tələb və ehtiyaclarından asılı olaraq xidmətlər paketini təqdim edir. Göstərilən xidmətlərə xammalın təchizindən, yivlərin kəsimindən, müxtəlif ləvazimatların istehsalından, avadanlıqların quraşdırılmasından tutmuş, sifarişçinin obyektində yoxlamaya kimi bütün işlər daxildir. Adi və proqram xarrat qurğularının olması sifarişlərin, eyni zamanda qaynaq – montaj işlərinin, flüs altında digər qaynaq işlərinin keyfiyyətlə icrasına imkan verir. Təmir sexində 20 dyuma kimi olan ölçülərdə əhatələnmiş boruları, burğu, nasos – kompressor boruları üzərində yivlərin kəsilməsi üzrə işlər aparılır. Qaynaq sexində, 42 dyuma kimi ölçülərdə birləşdirici muftalar və naqillər üzərində qaynaq işləri aparılır.